Arif Əsədov: "Komandamızda əvəzedilməz futbolçu yoxdur"

09.10.2014 | 2772 dəfə oxunub

Xəbər verdiyimiz kimi Bruno Bertuççu qarşılıqlı razılaşma əsasında “Neftçi” ilə yollarını ayırıb. Stadium.Az xəbər verir ki, bununla bağlı komandanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib:

"Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı. Bertuççi “Neftçi” ilə bərabər bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Ona gələcək karyerasında uğurlar arzulayırıq. Bununla belə bizim komandamızda əvəzedilməz futbolçu yoxdur. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odur ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail