İbrahim Uzunca: "Bu, hamıdan çox bizim xeyrimizə oldu"

10.10.2014 | 2916 dəfə oxunub

Premyer Liqada yaranan fasilədən istifadə edən “Bakı” futbol klubu təlim-məşq toplanışı keçirir. Stadium.Az xəbər verir ki, komanda paytaxtın “Qorqud Palace” otelində məsgunlaşıb.

Toplanış iki mərhələdən ibarətdir. Birinci mərhələ 7-12 oktyabr tarixinı əhatə edəcək. Bu müddət ərzində komanda gündə iki dəfə məşq edəcək. Bu gün isə saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda İbrahim Uzuncanın yetirmələri “Neftçi” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Oyundan sonra bir günlük istirahətin ardından təlim-məşq toplanışının  ikinci mərhələsi start götürəcək. 13-18 oktyabr tarixlərini əhatə edəcək bu mərhələdə daha bir yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Təlimlərin ardından komanda Premyer Liqanın VIII turunun  oyununu keçirmək üçün Lənkərana səfər edəcək.

Təlim-məşq prossesinin gedişi barədə baş məşqçi İbrahim Uzuncanın fikirlərini öyrəndik: “Bilirsiniz ki, Premyer Liqada fasilədir. Bu hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandamız çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün təmrinlər üzərində  qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail