"Qəbələ" AZAL-a yenə uduzdu

10.10.2014 | 3254 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə “Qəbələ” yoxlama oyunu keçirib. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, VIII turun “Qarabağ”la səfər oyununa hazırlaşan “qırmızı-qaralar” bu matçı doğma meydanda keçirib.

Dorinel Muntyanunun yetirmələri yığmaların heyətində olanların və zədə üzündən hazırlıqlarda iştirak etməyənlərin meydana çıxmadığı görüşə aşağıdakı start heyətlə başlayıb: Anar Nəzirov, Rafael Santos, Pavol Farkaş, Ürfan Abbasov, Ruslan Tağızadə, Adrian Ropotan, Aleksandru Benqa, Andrey Kristea, Ehiosun Ekiqo, Yazalde Pinto, Viktor Mendi.

Qarşılaşmada hesabı “Qəbələ” açıb. Matçın 44-cü dəqiqəsində Ropotan fərqlənib. Fasilədən sonra Ekiqonu Markinyoş, Tağızadəni Müşfiq Teymurov, Yazaldeni Tellur Mütəllimov, Benqanı Bəhlul Mustafazadə əvəzləyib. Lakin ikinci hissədə 2 qol vurmağı bacaran qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

Bu komandalar arasında Premyer Liqanın IV turunun avqustun 30-da baş tutan oyununda da AZAL eyni hesabla qalib gəlmişdi. XII turun noyabrın 20-də keçiriləcək matçında isə rəqiblər Bakıda üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail