Elxan Məmmədov brifinq keçirdi

10.10.2014 | 3313 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov millimizin bu gün Palermoda keçirilən açıq məşqi vaxtı brifinq keçirib. Stadium.Az xəbər verir ki, Məmmədov öncə İtaliya və Xorvatiya ilə seçmə oyunlar haqqında fikirlərini bildirib.


 
"İki son mundialda iştirak etmiş yığmalara qarşı oynayacağıq. Komanda bunu bilir. Futbolçular bu matçlara hazırdır. Palermoda ideal hava hökm sürür. Təbii ki, İtaliya ilə matçdan sonra ab-havanın necə olacağını biləcəyik. Əsas məsələ bu oyunda futbolçularımızın mübarizə aparmasıdır. Çünki ustalıq baxımından İtaliya yığmasını bizimki ilə müqayisə etmək mümkün deyil. Dünyada 5 güclü yığmadan biri İtaliyadır. Ustalıq baxımından onlara qarşı oynamaq bizim üçün çətin olacaq. Ona görə də futbolçulardan son saniyələrədək mübarizə aparmaq tələb olunur".

- Bolqarıstana yenilgidən sonra futbolçular psixoloji cəhətdən sınıb. İndi futbolçuların vəziyyəti necədir?
- Ötən seçmə mərhələyə Bakıda 1 xalla başladıq. Ona görə də bu dəfə evdə ilk oyunumuzda qalib gəlmək istəyirdik. Təəssüf ki, 3 xalı qazana bilmədik. Təbii ki, İtaliya və Xorvatiya ilə oyunlar öncəsi bunun psixoloji baxımdan mənfi təsiri var. Amma futbolçularımız peşəkardır. Məncə, artıq həmin oyunu unudublar və İtaliya ilə matça hazırdırlar.
 
- Məşqdən öncə futbolçular və məşqçilər heyətinə nə dediyinizi bilmək olar?
- Təbii ki, tövsiyə və məsləhətləri baş məşqçi verir. AFFA rəhbərliyi olaraq biz də bu oyunda onlardan nə gözlədiyimizi bildirdik. Biz onlardan meydana çıxıb mübarizə aparmaqlarını gözləyirik.
 
- Aparıcı oyunçularımızın bəzilərinin olmaması yığmaya nə dərəcədə təsirini göstərə bilər?
- Son seçmə mərhələ göstərdi ki, kifayət qədər futbolçumuz var. Kimi heyətə dəvət etmək baş məşqçinin qərarıdır. Bəzi futbolçular zədəli, bəziləri isə fiziki durumu qaydasında olmadığı üçün heyətə çağırılmayıb. Biz baş məşqçiyə aid olan texniki məsələlərə qarışmırıq. Sözsüz ki, hər oyundan sonra məsuliyyəti baş məşqçi daşıyır.
 
- Bu 2 oyunda bizi 1 xal qane edəcəkmi?
- Hesab edirəm ki, bəli. Bu 1 xal 3-ə bərabər olacaq.


apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail