Ruslar Vaqif cavadovun oyununu bəyəndi

08.08.2011 | 6544 dəfə oxunub

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasında debütü yaxşı qiymətləndirilib. Stadium.az saytı xəbər verir ki, bu ölkənin nüfuzlu "Sport-Ekspress" qəzeti 22 yaşlı hücumçumuzun Nijni-Novqorodun "Volqa" klubunun heyətində ilk oyununa görə 5,5 bal verib. Komandada "Rostov"la görüşdə ən yüksək bal alanların 5,5 aldığını nəzərə alsaq, Vaqifin qiyməti yaxşı sayılmalıdır. Hərçənd Cavadov Premyer Liqada "siftə"sində 60-cı dəqiqədə meydana daxil olub, bundan 11 dəqiqə sonra rəqibin hücumunun qarşısını aldığına görə baş hakim Lapoçkin tərəfindən sarı vərəqə alıb və "Volqa" 82-ci dəqiqədə buraxdığı topla evdə uduzub - 0:1. 

Futbolçumuz ona milli çempionatımızdan yaxşı tanış olan estoniyalı Dmitri Kruqlovla bu dəfə Azərbaycan yox, Rusiya Premyer Liqasında görüşdü. "Rostov"un yeni transferi olan yığmanın sol cinah müdafiəçisi 90 dəqiqə oyununa görə 6 bal alıb. Düzdür, Kruqlov Cavadovdan yüksək qiymət alsa da, o, komandasında ən çox bal alan futbolçu olmayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail