Berti Foqts: "Hər bir oyundan əvvəl qələbə arzulayırıq"
AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində bu gün millimizin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunub. Stadium.Az Foqtsun fikirlərini diqqətinizə çatdırır:
"Xorvatiya yığmasının son dünya çempionatında Braziliya və Meksika milliləri ilə oyununu izləmişəm. Bu komanda İtaliya yığmasından heç də zəif deyil. 4 gün ərzində ikinci oyunumuzu keçirməliyik. Bizim üçün asan olmayacaq. İtaliya millisi ilə oyundan sonra cəmi 1 bərpa məşqi keçmək imkanımız olub.
Xorvatiya yığmasının oyunçuları, bizim futbolçulardan fərqli olaraq, Avropanın məşhur klublarında oynayırlar. İtaliya millisi ilə oyunda iki kobud səhv etdik və İtaliya kimi rəqiblər belə səhvləri bağışlamır. Hesab bərabərləşdikdən sonra daha dəqiq oynamalı və səhvə yol verməməliydik. Xal qazanmağımıza səhvlərimiz imkan vermədi.
Standart vəziyyətlərdən və son dəqiqələrdə qol buraxmamaq üçün illərdir çalışırıq. Bunun əsas səbəbi fiziki hazırlığın yetərli olmamasıdır. Bu çatışmazlıqla bağlı klublarda da müvafiq işlər görülməlidir. Sözsüz ki, hər bir oyundan əvvəl qələbə arzulayırıq. Amma mən reallığı unutmuram. Çətin olacaq. Bununla belə, futbolda hər cür nəticə mümkündür.
İtaliya millisi ilə oyun da göstərdi ki, bir az daha hücumameyilli oynaya bilsəydik, daha artıq təzyiq göstərməyi bacarsaydıq, nəticə qazana bilərdik. Standart vəziyyətlərdə daha diqqətli, rəqibə daha yaxın oynamalıyıq. Start heyətdə kimin oynayacağını dəqiqləşdirmək üçün axşamkı məşqi və sabah səhər tibbi personalın rəyini nəzərə alacağam, yalnız bundan sonra heyətlə bağlı dəqiq qərar qəbul edəcəyəm".
affa.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |