İK açıqladı: "Mil-Muğan"ın futbolçusuna 1 illik qadağa!
Bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.
09 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Şəmkir” – “Şuşa” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
09 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Energetik” – “Zirə” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 60-ci dəqiqəsində “Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cü dəqiqəsində “Energetik” klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
09 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Kəpəz” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar olunmuşdur. Belə ki, futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsədə qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmamışdır. İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçin protokolunda “Kəpəz” klubunun etirazını nəzərə alaraq aşağıdakı qərarlar qəbul olunur.
2014/2015 mövsümündə, Azərbaycan I divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən “Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur (maddə 51).
“Mil-Muğan” klubunun futbolçusu Rəmzi Məmmədovun AFFA və PFL in bayrağı altinda keçirilən bütun yarışlara 1 illik qadağa qoyulur və klub 1000 manat cərimə olunur (maddə 45).
“Kəpəz” klubunun 4 , “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur(maddə 40).
10 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Turan-T” – “Lokomotiv” matçının 87-ci dəqiqəsində “Lokomotiv” klubunun 9 №-li futbolçusu Nicat Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
10 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Qaradağ Lökbatan” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
“Bakılı” klubunun prezidenti Misir Əbilov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
01 oktyabr 2014-cü il U-19 Liqasının AZAL – “Simurq” matçının 79-ci dəqiqəsində “Simurq” klubunun 95 №-li futbolçusu Rəhman Şabanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
08 oktyabr 2014-cü il U-19 Liqasının “Əlincə” – AZAL matçının 59-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 90+3-cü dəqiqəsində “Əlincə” klubunun 7 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
08 oktyabr 2014-cü il U-19 Liqasının “Neftçi” – “Bakı” matçının 67-ci dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Azamat Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
29 sentyabr 2014-cü il Bakcell U-17 Liqasının “İnter” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Orxan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 oktyabr 2014-cü il Bakcell U-17 Liqasının “Vətən” – “Qəbələ” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Qədir Bayram və “Vətən” klubunun 7 №-li futbolçusu Rəşad Love, 19 №-li futbolçusu Tural Bayramov dava-dalaşda iştirak etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 5 oyunluq cəzalanır (maddə 39.1).
06 oktyabr 2014-cü il U-17 Liqasının “Bakı” – AZAL matçının 33-cü dəqiqəsində “Bakı” klubunun 3 №-li futbolçusu Emin Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
Oyunun 61-ci dəqiqəsində AZAL klubunun 19 №-li futbolçusu Elçin Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 73-cü dəqiqəsində “Bakı” klubunun 19 №-li futbolçusu Sahil Qaraşlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 34-cü dəqiqəsində AZAL klubunun baş məşqçisi Vüqar Əsgərov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).
06 oktyabr 2014-cü il U-17 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran” matçının 90-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 13 №-li futbolçusu Eltac Mirzəyev və “Kəpəz” klubunun 18 №-li futbolçusu Fərid Mərdanov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
02 oktyabr 2014-cü il U-16 Liqasının “Neftçi İK İB” – “Qəbələ” matçının 64-cü dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Aqşin Hüseynov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.1)
02 oktyabr 2014-cü il U-16 Liqasının AZAL – “Xəzər Lənkəran” matçının 33-cü dəqiqəsində AZAL klubunun 58 №-li futbolçusu Şahin Zəkiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
02 oktyabr 2014-cü il U-16 Liqasının “Neftçi” – “İnter” matçının 36-cı dəqiqəsində “İnter” klubunun 98 №-li futbolçusu Mir Emil Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
09 oktyabr 2014-cü il U-16 Liqasının “İnter” – “Simurq” matçının 51-ci dəqiqəsində “İnter” klubunun 9 №-li futbolçusu Elvin Pənahov, 10 №-li futbolçusu Kamran Əliyev və “Simurq” klubunun 21 №-li futbolçusu Elşən Mustafayev, 10 №-li futbolçusu Həmid Mustafayev, 7 №-li futbolçusu Ceyhun Rəcəbli dava-dalaşda iştirak etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 5 oyunluq cəzalanır (maddə 39.1).
30 sentyabr 2014-cü il U-15 Liqasının “Əlincə” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Əlincə” klubunun 6 №-li futbolçusu Hikmət Verdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
04 oktybr 2014-cü il U-14 Liqasının “Qədirli” (Tovuz) – “Ağstafa Gəncləri” matçının 20-cı dəqiqəsində “Ağstafa Gəncləri” klubunun 5 №-li futbolçusu Elnur Kərimov birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
03 oktyabr 2014-cü il U-14 Liqasının Gəncə (Gəncə) – UGİM (Göy-Göl) matçının 14-ci dəqiqəsində UGİM (Göy-Göl) klubunun 4 №-li futbolçusu Yaqub Rüstəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
07 oktyabr 2014-cü il U-14 Liqasının Abşeron (Xırdalan) – Təhsil (Sumqayıt) matçında Abşeron (Xırdalan) klubunun iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
06 oktyabr 2014-cü il U-14 Liqasının SKGB – Qudyalçay matçında SKGB komandasının heyətində yetər say olmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
12 oktyabr 2014-cü il U-14 Liqasının AZAL – “Bakı” matçının 53-cü dəqiqəsində AZAL klubunun 9 №-li futbolçusu Vahab Nəsirzadə və “Bakı” klubunun 3 №-li futbolçusu Nicat Məmiyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
11 oktyabr 2014-cü il U-14 Liqasının Adıgün (Saatlı) – Sabirabad (Sabirabad) matçının Adıgün komandasının 1 №-li futbolçusu Kamran Daştanov lisenziyası ilə başqa futbolçu matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51.2).
12 oktyabr 2014-cü il U-14 Liqasının UGİM (Ağdaş) – UGİM (Oğuz) matçının 31-ci dəqiqəsində UGİM (Oğuz) klubunun 18 №-li futbolçusu Əmrah Səlimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
11 oktyabr 2014-cü il Coca Cola U-13 Liqasının Sahil M-319 – Qarabağ matçında Sahil M-319 klubunun iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
07 oktyabr 2014-cü il Coca Cola U-13 Liqasının Quxuroba Şahdağ – Şahdağ FK matçında Quxuroba Şahdağ klubunun iştirak etməməsi və eyni zamandada Şahdağ FK komandasının heyətində yetər say olmadığı üçün hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
07 oktyabr 2014-cü il Coca Cola U-13 Liqasının UGİM (Goranboy) – UGİM (Mingəçevir) matçının 31-ci dəqiqəsində UGİM (Mingəçevir) klubunun 4 №-li futbolçusu Elşən Sadıqov idmançıya yaraşmayan hərəkətə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
12 oktyabr 2014-cü il Coca-Cola U-13 Liqasının UGİM (Naftalan) – UGİM (Bərdə) matçının 50-ci dəqiqəsində UGİM (Naftalan) klubunun 7 №-li futbolçusu Eltun Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
05 oktyabr 2014-cü il Atena U-12 Liqasının UGİM (Masallı) – Məhsul (Cəlilabad) matçının 40-cı dəqiqəsində Məhsul klubunun 6 №-li futbolçusu Nicat Fətullayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 oktyabr 2014-cü il Atena U-12 Liqasının UGİM (Ağcabədi) – UGİM (Tər-tər) matçının 13-cü dəqiqəsində UGİM (Ağcabədi) klubunun 4 №-li futbolçusu Samir Tağıyev öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
12 oktyabr 2014-cü il Atena U-12 Liqasının UGİM (Oğuz) – UGİM(Yevlax) matçının 35-ci dəqiqəsində UGİM (Oğuz) klubunun 11 №-li futbolçusu Veysəl Əliyev və UGİM(Yevlax) klubunun 11 №-li futbolçusu Əlican Abdullayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
12 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “FK İT” – “Bank BTB” matçının 23-cü dəqiqəsində “FK İT” klubunun 55 №-li futbolçusu Niftəli Eynullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
12 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Şahdağ” – “Amrahbank” matçının 6-cı dəqiqəsində “Amrahbank” klubunun 22 №-li futbolçusu Teymur Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 24-cü dəqiqəsində “Şahdağ” klubunun 4 №-li futbolçusu İslam Qasımovun qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sora oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır (maddə 38.5).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |