Bizim hakimlərlə hara kimi getmək olar?

HANSI HAKİMİMİZ 1 TURDA 2 OYUN İDARƏ EDİB?

15.10.2014 | 3828 dəfə oxunub

Premyer Liqada bu mövsüm ilk 7 turun oyunları 10 referiyə tapşırılıb. Ən çox təyinat alan Əliyar Ağayev Ömər Paşayevdir. Hər ikisi 5 dəfə ədalət təmsilçisi olublar bir dəfə olsun ciddi səhvlə yadda qalmayıblar. Elvin Əsgərov Ramil Diniyevin  aktivində 4, Fariz Yusifovun 3, Vüsal Əliyev, Rəhim Həsənov Rauf Cabbarovun 2, İnqilab Məmmədovun isə 1 oyunu var. Rauf Cabbarovun ilk turda idarə etdiyiSumqayıt” – “Qarabağoyununun nəticəsi qonaqların legioner limitini pozduğuna görə ləğv edilib Sumqayıta 3:0 hesabı ilə texniki qələbə verilib.

 HAKİMLƏRDƏN BƏRBAD İDARƏÇİLİK

2-ci turda baş tutanQəbələ” – “Araz Naxçıvanoyununda buraxdığı kobud səhvlərə görə Rəhim Həsənov, elə həmin turun digər qarşılaması olanQarabağ” – “İntermatçında isə matçın yekun nəticəsinə təsir etdiyi səhvə görə Fariz Yusifov bir neçə oyunluq cəza almışdı. Fariz ayyarımlıqistirahətdən sonra yenidən Preymer Liqaya qaytarılsa da, Rəhim hələ ki, 1-ci Divizionda gün keçirməklə məşğuldur. Həsənov burada da zəif idarəçiliklə yadda qalıb. Yadınızdadırsa, 2-ci turda baş tutanŞahdağ” – “Qaradağ Lökbatanoyununda qonaqların futbolçusu Timur Dadaşovun ayağı rəqibin kobud oyunu nəticəsində sınmışdı hakim buna görə əlini cibinə aparmamışdı. Bundan başqa 5-ci turda keçirilmişŞuşa” – “Neftçalaqarşılaşmasında da Rəhim başında olmuş kobud səhvlərlə yadda qalmışdı. Ümumiyyətlə, mövsüm Rəhim Həsənov üçün uğurlu başlamayıb. UEFA bayrağı altında təyinat aldığı oyunlarda da aşağı qiymət alan beynəlxalq dərəcəli referimiz bu gedişlə uzun müddət Premyer Liqaya həsrət qalacaq.

 

MƏMMƏDOVUN GÖZÜ GÖRMÜR?

4 oyunda hakimlik edənlərin işində hər hansı problem yaşanmayıb. Yalnız Orxan Məmmədovdan savayı. Sonuncu turun mərkəzi qarşılaşması olanNeftçi” – “Qarabağmatçında meydan sahiblərininevini yıxanMəmmədov yəqin ki, bir neçə turdincələcək”. Orxan haqqında daha bir məlumat ondan ibarətdir ki... Hakimlər ildə 2 dəfəModern Hospitalda müayinə olunurlar, hakimlər başdan-ayağa həkim nəzarətindən keçirlər. “Neftçi” – “Qarabağoyunundan sonra isə Orxanın gözündə problemlər olduğu aydınlaşıb. Bu üzdən Məmmədov məcburənModernə göndərilib. Ki, görmə qabiliyyətini yenidən yoxlatdırsın. Müalicə üçün Orxanın xeyli vaxtı olacaq. Belə səhvlərə görə hakimlər ən azı 5 oyunluq cəzalandırılırlar.

Vüsal Əliyevdə vəziyyət o qədər ürəkaçan deyil. 5-ci turda keçirilənBakı” – “Sumqayıtoyununda qonaqların təmiz penaltisini təyin etməyən Vüsalınqanının arasına” “gənclik şəhəritəmsilçisinin qalib gəlməsi girib. Belə ki, əgərSumqayıtqalib gəlməsəydi, o halda referi matçın yekun nəticəsinə təsir etmiş səhvlə yadda qalacaqdı. İndiki halda isə nəticəyə təsir etmiş səhv edib ki, bu da qiymətinin aşağı olması ilə yanaşı onun bir neçə oyunluq təyinatlardan məhrum olması deməkdir. Vüsal 5-ci turdan sonra yalnız aşağı dəstə oyunlarında görünüb.

 

FARİZ YUSİFOV - 2 TURDA 3 OYUN

Maraqlı bir qədər gülməli bir məqamı nəzərinizə çatdırım. Diqqətlə fikir versək, 1-ci turda baş tutan 5 oyunun 2- Fariz Yusifov hakimlik edib(!?). Məsələ burasındadır ki, ilk turda sənədləşmə işində yaranan problemlər üzündənBakınınSimurqilə oyunu təxirə salınmışdı. Həmin vaxt oyunu Əliyar Ağayev idarə etməli idi. Fariz Yusifov isəAraz Naxçıvan” – “Neftçioyununa təyinat almışdı. Təxirə salınmış oyun oktyabrın 2- keçirildi başında olan Fariz faktiki 1-ci turda 2 oyunda meydanda olmuş oldu. Əslində, burada qeyri-adi bir şey yoxdur. Turun oyunları ayrı-ayrı vaxtlarda keçirildiyindən Hakimlər Komitəsinin təyinatını normal qəbul etmək olar. Amma... Ammasını indi izah edim. 2012/13- illər mövsümünə nəzər salsaq, 6- turda keçirilən 2 oyunda Vüsal Əliyev ədalət təmsilçisi olub. Sual oluna bilər, necə? Məsələ burasındadır ki, həmin turdaXəzər Lənkəran” – “Bakı” (1:1) oyunu sentyabrın 24- keçirilib. “Sumqayıt” – “Neftçiqarşılaşması isə təxirə salınıb dekabrın 6-da baş tutub. həmin oyuna da Vüsal təyinat alıb. Bunu biz mətbuat nümayəndələrinin hadisələrin gedişatından xəbərdar olduğumuzdan bəlkə normal qəbul edə bilərik. Bəs, arxivdə var-gəl edən sıravi oxucular? Onlara kim izah edəcək?

 

ƏYALƏTLƏRDƏN HAKİM YOXDUR

Bir acınacaqlı faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk 7 turda oyunlara təyinat alan hakimlərin hamısı Bakını təmsil edir. Başqa sözlə, bölgələrdən hakimlər yoxdur. Doğrudur, “10-luğa daxil olanların əksəriyyəti müxtəlif rayonlarda anadan olublar. Məsələn, Fariz Yusifov əslən İmişlidən, Vüsal Əliyev Naxçıvandan, Elvin Əsgərov Göyçaydan, Ramil Diniyev Beyləqandan, İnqilab Məmmədov Fizulidəndir. Amma bu o demək deyil ki, onlar uyğun olaraq İmişli, Naxçıvan digər şəhərləri təmsil edirlər. Bu məntiqlə yanaşsaq, Ermənistan ya Gürcüstanda anadan olan hakimə həmin ölkələri təmsil etdiklərini söyləməliyik.

 

ANARLAR HANI?

Bir vaxtlar Premyer Liqada sayılıb-seçilən hakimlərdən olan Anar Niyazov Anar Salmanov uzun müddətdir ki, əsas dəstədə oyunlara təyinat almırlar. Niyazov bir neçə il əvvəl buraxdığı ardıcıl kobud səhvlərdən sonra 1-ci Divizionaqeydiyyata götürülüb daha sonra ancaq qalmaqallarla yadda qala bilib. Ötən ilin əvvəllərindəQaradağ Lökbatan” – MOİK oyunu zamanı birincilərin baş məşqçisi Adil Mahmudovla aralarında olansmsləşməni yada salmaq kifayətdir. Bir ara təcrübəli referinin hakimlikdən gedəcəyi gözlənilirdi. Sonda bağışlanılan keçmiş beynəlxalq dərəcəli hakimimiz gününü aşağı dəstə oyunlarında keçirir. Onun adaşı isə özünü 2012/13- illər mövsümünün sonunda Azərbaycan Kubokunun 1/4 finalındaNeftçiQarabağarasında keçirilən ilk oyunda ağdamlıların qapısına səhv penalti təyin etməkləyandırdı”. Uzun müddətə cəzalanan Salmanov hələ bağışlanmayıb. Anar Salmanov FİFA referisidir Əliyar Ağayevlə birlikdə 2-ci kateqoriyaya daxildir. UEFA-dan təyinat alan Anara Hakimlər Komitəsinin hələ güvənməməsi başadüşülən deyil. Hər halda indiki hakim qıtlığında təcrübəli referiyə şans vermək mümkündür.

FİFA referilərimizlə bağlı onu deyə bilərəm ki, Preymer Liqa ilə müqayisədə görünən mənzərə ürəkaçan hesab edilə bilər. Əliyar Ağayev Avropada özü haqqında müsbət imic formalaşdıra bilib. Anar Salmanovun da vəziyyətini normal hesab etmək olar. UEFA bayrağı altında keçirilən son oyunlarda hər iki referimiz hakim-inspektorlar tərəfindən yüksək qiymətlərə layiq görülüblər. Əliyarın Azərbaycan çempionatında da vəziyyəti normaldır. Anar isə UEFA tərəfindən mütəmadi təyinatlar alsa da, bayaq da qeyd etdiyim kimi, özümüzünkülər tərəfindən hələ bağışlanmayıb. Digər tərəfdən Salmanovun növbəti il UEFA-nın bayrağı altında keçirilən oyunlara təsdiqlənməsi yaranan hakim qıtlığı onun tezliklə Premyer Liqada görünməsinə şərait yaradır. Rəhim haqqında isə bir qədər əvvəl məlumat vermişəm. Qısası, ona tezliklə vəziyyətini düzəltməyi arzulamaq qalır.

Yeri gəlmişkən, bu yaxınlarda FİFA 24 perspektivli hakimin siyahısını müəyyənləşdirib onları noyabrın 18- İsveçrənin Sürix şəhərində başlayacaq 5 günlük seminara çağırıb. Təəssüf ki, FİFA bizim hakimlərə dəvət göndərməyib. Doğrudur, “24-lük cəmi 3 referi Əliyar Anarın daxil olduğu 2-ci qrup beynəlxalq dərəcəli hakimlərdir. Amma nəzərə alaq ki, onların bəziləri 2018-ci ildə keçiriləcək dünya çempionatını idarə edəcək hakimlərin siyahısına daxil ediləcəklər, bu mənada təəssüflənməyə dəyər.

 

KİMLƏRƏ ÜMİD ETMƏK OLAR?

Mövsüm başlayarkən, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan hakimliklə bağlı geniş müsahibə götürmüşdüm. Məmmədov ilk turlarda hakim səhvlərini təbii qarşılamağın lazım olduğunu bildirməklə yanaşı, getdikcə onların azalacağını söyləmişdi. Lakin 7 tur arxada qalıb onların yarıdan çoxunda hakimliklə bağlı problemlər ortaya çıxıb. Həmin söhbət zamanı komitə sədri səhv edən hakimin sərt şəkildə cəzalandırılacağını, onların yerinə aşağı dəstədə hakimlik edənlərin gətiriləcəyini hətta lazım olarsa, bir turda eyni hakimin 2 oyuna təyinat alacağını da söyləmişdi. Bu gedişlə deyəsən, Xaqani müəllimin son fikri həyata keçəcək. Hazırda elə bir vəziyyət yaranıb ki, Premyer Liqa oyunlarına təyin olunmaq üçün təcrübəli hakim tapmaq müşkülləşib. Onların əksəriyyəti cəzalıdırlar. Üstəlik, perspektivli hakim Rauf Cabbarov bu yaxınlarda müvəqqəti olaraq işindən ayrılacaq əməkdaşı olduğu Rabitə İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən İngiltərəyə göndəriləcək. Bəs, təcrübəliləri kimlər əvəz edə bilər? 3-nün adını çəkə bilərəm. Əslində, həmin trionun tərkibini Xaqani Məmmədovdan eşitmişdim hamısı Xaqani müəllim kimi Məmmədov soyadını daşyırİnqilab, Mahir Fərid. Artıq İnqilab Premyer Liqadasiftəedib. Bunun ardınca 1-ci DiviziondaZirə” – “Turan-T” (0:1) matçında baş hakim olan İnqilab səhvlərlə yadda qalıb   qiyməti aşağı olub. Bu məqam onun hələ Premyer Liqaya hazır olmaması anlamına gəlir. Fəridlə Mahirin yaxınlarda yüksək dəstə oyunlarına təyinat alması gözləniləndir. Onların işlərinin öhdələrindən necə gələcəkləri isə zaman məsələsidir. Qısası, ildə 2 dəfə xaricdə təlim-məşq toplanışı keçən hakimlərimizin vəziyyəti üzəkaçan deyil. Ürəkaçan olması üçün lazım olan işlər isə Hakimlər Komitəsinin səlahiyyətindədir.

 

İNQLABIN FARİZƏ ÇATMASINA HƏLƏ ÇOX VAR

7 turda meydanda olan referilərin statistikasına nəzər salsaq, Fariz Yusifovun karyerası ərzində oyun sayına görə açıq-aşkar lider olduğunu görərik. Təcrübəli hakim indiyə kimi 228 Premyer Liqa oyununa təyinat alıb.  Vüsal Əliyev ondan 7 oyun geridədir. Qalanları isə hələ 100 oyun həddini aşmayıblar. İndiyə kimi Rəhim Həsənov 84, Əliyar Ağayev 83, Rauf Cabbarov 73, Elvin Əsgərov 50, Orxan Məmmədov 45, Ramil Diniyev 24, bu mövsümün liderlərindən olan Ömər Paşayev isə 18 oyunda fit çalıb. İnqilab Məmmədova gəlincə, 7-ci turda baş tutanBakı” – “Araz Naxçıvanoyunu onun hakimlik karyerasında ilk Premyer Liqa sınağı idi.

 

MARAQLI MƏQAMLAR ƏNLƏR

Əliyar Ağayevin idarə etdiyi 5 oyunun hamısında meydan sahibləri qalib gəlib – “İnter” – “Qəbələ” 4:0, “Simurq” – AZAL 2:0, “Xəzər Lənkəran” – “İnter” 1:0, “Neftçi” – “Xəzər Lənkəran” 1:0, “Qarabağ” – “Simurq” 1:0. Üstəlik, bu oyunlarda qonaqlar bir dəfə olsun qol vura bilməyiblər.

Vüsal Əliyev təyinat aldığı hər iki oyunda təmsilçilərdən biriBakıolub hər iki oyunda dazolaqlılarməğlubiyyətlə barışıblar – “Bakı” – “Qəbələ” 0:2, “Bakı” – “Sumqayıt” 1:2.

Fariz Yusifov hər 3 oyunda 1-ci hissənin əsas vaxtına 1, 2-ci hissəyə isə 4 dəqiqə əlavə edib.

5-ci turda keçirilənSimurq” – “Qəbələoyununun 2-ci hissəsi 50 dəqiqə davam edib. Baş hakim Ömər Paşayev 45 dəqiqəyə 5-ini artırıb. Ən tez başa çatan 2-ci hissə 6- turda Rauf Cabbarovun hakimlik etdiyiİnter” – “Bakıoyunu olub – 45+1 dəqiqə.

Ənqəddarhakim Ömər Paşayevdir. Ömər 5 oyunda üst-üstə 37 dəfə sarı, 2 dəfə isə qırmızı vərəqəyə əl atıb, 1 penalti təyin edib. Ən mülayim referi isə Vüsal Əliyevdir – 2 oyuna 6 xəbərdarlıq. Hər oyuna orta hesabla 3 “sarı”.

Ən çox nöqnəni Orxan Məmmədov göstərib – 3 dəfə. Ramil Diniyev Rauf Cabbarov komandaları 2 dəfə 11 metrlik zərbə ilə cəzalandırıb.

Ən intizamsız oyun 4- turdakıQəbələ” – AZAL 5-ci turdakıSimurq” – “Qəbələqarşılaşmaları olub. Rauf Cabbarov Ömər Paşayev futbolçulara 10 dəfə xəbərdarlıq edib, onların 1-i meydandan qovulub. Bu azmış kimi Rauf 2, Ömər isə 1 dəfə penalti təyin edib.

2-ci turda baş tutanSimurq” – AZAL qarşılaşmasını ən sakit oyun hesab etmək olar. Referi Əliyar Ağayev oyunboyu cəmi 1 dəfə əlini cibinə atıb qeyri-idman hərəkətinə görə meydan sahiblərinin futbolçusu Draqan Çeranısarıyaqonaq edib”.

İlqar TAĞIYEV

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail