AZAL “Araz Naxçıvan”la oyuna hazırlaşır

16.10.2014 | 5307 dəfə oxunub

Premyer Liqanın 8-ci turu çərçivəsində “Araz Naxçıvan”la qarşılaşacaq AZAL bu görüşə hazırlığı davam etdirir. Stadium.Az xəbər verir ki, "təyyarəçilər" “AZAL Arena”da məşqlərə ara vermədən davam edir.

Həftənin əvvəlindən başlayan hazırlıq qrafikinə uyğun olaraq, bu gün komandanın 2 məşqi baş tutub. Səhər hazırlığı fiziki, axşam məşqi isə taktiki-texniki yöndə olub. Bütün futbolçuların qatıldığı hazırlıqda zədəsini sağaltmış Viktor İqbekoyi də iştirak edib.

Bu arada AZAL-ın hazırlığına 3 yeni futbolçu da qoşulub. Baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən məşqdə aşağı yaş qruplarından da oyunçular iştirak edib. Belə ki, Əsgər Hüseynov, İsmayıl İbrahimli və Ümid Ümidov “böyüklər”lə birgə məşq edib. Özü də bu “üçlük” hamı kimi bütün məşq prosedurunu keçib.

Qeyd edək ki, bu proses daimi xarakter daşıyacaq. Yəni hər həftə aşağı yaş qruplarından istedadlı uşaqlar əsas komandanın məşqlərinə cəlb olunacaq. T.Əhmədov bu yolla həmin yeniyetmə və gənclərin daha da “artıracağı”na inandığından prosesin müvəqqəti yox, daimi olmasına qərar verib. Belədə hər həftə aşağı yaş qruplarından 2-3 perspektivlu futbolçu əsas komandanın ab-havasını duymuş olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail