PREVYU: "Xəzər Lənkəran" - "Bakı"

16.10.2014 | 3103 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Premyer Liqada VIII turun oyunları keçiriləcək. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Xəzər Lənkəran”ın bu turdakı rəqibi “Bakı” olacaq.

“Ağ-yaşıllar” ilk dəfə 10 il əvvəl qarşılaşdığı paytaxtın eyniadlı təmsilçisi bütün yarışlar nəzərə alınmaqla 38-ci dəfə üz-üzə gələcək. Premyer Liqaya təsadüf edən 28 matçda da komandamız oyunların sayı qədər fərqlənib. Çempionatda top fərqində (28-29) geridə olan “Xəzər Lənkəran” 7 qələbə qazanıb, 12 heç-heçə edib və 9 dəfə məğlubiyyətlə barışıb.

Ölkə çempionatında 15-ci dəfə “Bakı”nı qəbul edəcək komandamız ev oyunlarında üstünlüyə malikdir. Əvvəlki 14 qarşılaşmada 6 qələbəsi olan “Xəzər Lənkəran” 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Bu görüşlərdə “ağ-yaşıllar” 19, bakılılar 11 qol sevinci yaşayıb.

Bazar gününün yeganə qarşılaşması olan "Xəzər Lənkəran" - "Bakı" matçına 19 oktyabr, saat 17:00-da start verilcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail