"Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq" - MÜSAHİDƏ

09.08.2011 | 4210 dəfə oxunub

Premyer Liqanın yeni mövsümünə iddialı hazırlaşan Bakının "İnter" klubu mövsümlərarası fasilədə heyətinə yeni oyunçular da cəlb edir. Paytaxt klubunun son transferlərindən biri Avstriyanın "Mattersburq" klubunun müdafiəçisi slovakiyalı Peter Krappan oldu. 26 yaşlı futbolçu 2006-ci ildən legioner həyatı yaşayır. 2006-2009-cu illərdə Avstriyanın "Ştadlau", 2009-2011-ci illərdə isə "Mattersburq" klublarının formasını geyinib. Karyerasının yüksəliş dönəmi "Mattersburq"un heyətində çıxış etdiyi illərə təsadüf edən slovakiyalı, bu klubun forması ilə 56 dəfə meydana çıxıb, 1 qol vurub, 18 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb.

Peter Krappanı sizlərə daha yaxından tanıtmaq və onun fikirlərini öyrənmək üçün futbolçu ilə söhbətləşmək qərarına gəldik.

- "İnter"lə müqavilə bağlamamışdan öncə Azərbaycan klubları, futbolçuları, ümumiyyətlə Azərbaycan futbolu haqqında hər hansı məlumatın var idimi?

- Bizim ölkələrimiz Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində dəfələrlə qarşılaşıblar. Həmçinin Çempionlar Liqasının və Avroliqanın təsnifat mərhələlərində də bir neçə dəfə klublarımız bir-biri ilə mübarizə aparıblar. Mən bütün bu oyunları izləyirdim və Azərbaycan futbolu haqqında kifayət qədər məlumatlı olduğunu hesab edirəm. Mənim Azərbaycan klublarının şərəfini qoruyan bir neçə dostlarım olub. Onlarla danışanda da Azərbaycan futbolundan söhbət edirdik.

 - Peter, sən Avstriyada məşhur klubların şərəfini qorumusan. "İnter" isə sənin üçün yeni, fərqli klubdur. Bu komanda haqqında düşüncələrin nədir?

- "İnter" mənim daha öncə çıxış etdiyim klublara nisbətən çox gənc komanda olsa da, burada futbolçular üçün hər bir şərait yaradılıb. Bir neçə ilə çox böyük irəliləyiş əldə edə biliblər. "İnter" peşəkar klubdur. Mən bu komanda ilə müqavilə bağlayarkən bütün bu amilləri nəzərə almışam. "İnter"in çox səviyyəli, texnikalı, güclü futbolçuları var. Klubun çox peşəkar məşqçilər heyəti var və ümid edirəm ki, komanda bu il qarşısına qoyduğu məqsədlərə çatacaq.

 - "İnter" Azərbaycanın iddialı klublarındandır. "İnter"də qarşınızda duran ilk məqsəd nədir?

- İlk öncə ölkə çempionatında uğurlu nəticə əldə edib Avroliqada və ya Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq. İnanıram ki, klubumla birlikdə uğurlu bir müvsüm keçirəcəyik.

- "İnter"lə bir illik müqavilə bağlamısan. Gələcəkdə bu müqavilənin uzadılması mümkündürmü?

- Gələcəkdə müqavilənin müddətinin uzadılması komandada keçirəcəyim mövsümdən asılıdır. Uğurlu bir mövsüm keçirsək və klub müqavilənin müddətini uzatmağı təklif etsə, yəqin ki, bir müddət daha "İnter"in şərəfini qoruyaram.

 - "İnter"in çempionluq şanslarını necə dəyərləndirirsən?

- "İnter" çempionluğa oynayan komandadır. Bildiyimə görə, bundan öncəki mövsümlərdə də bu komanda çempionluğa ən real namizədlərdən olub. Bizim hazırda güclü heyətimiz var. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

- "İnter"in fanatlarına və Azərbaycan futbolsevərlərinə nə demək istərdin?

- Azərbaycanda futbol inkişaf etməkdədir. Futbol oynamaq üçün ölkənizdə hər bir şərait var. İnanıram ki, ölkəniz beynəlxalq arenada da uğurlar qazanacaq. "İner"in fanatlarına isə demək istərdim ki, həmişə komandalarını dəstəkləsinlər.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail