Tərlan Əhmədov: "Biz bu gün müdafiədə səhvlər etdik"

18.10.2014 | 4674 dəfə oxunub

Premyer Liqanın VIII turunda səfərdə "Araz Naxçıvan"la qarşılaşan AZAL "sülh"ə razılaşdı - 2:2. Stadium.Az xəbər verir ki, oyundan sonra qonaq komandanın çalışdırıcısı Tərlan Əhmədov matçla bağlı fikirlərini bölüşüb.

Gənc mütəxəssis heç-heçəni belə şərh edib: "Hər iki komandanın istəyi eyni idi. Həm biz, həm də “Araz Naxçıvan” qələbə qazanmaq istəyirdi. Futbolçular sona qədər vuruşdular. Hər iki komandanın istəyi çox olduğu üçün top uğrunda yaxşı mübarizə gedirdi. Biz bu gün müdafiədə səhvlər etdik. Məhz bunun nəticəsində  2 qol buraxdıq.

“Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevi çoxdan tanıyıram. Biz bir  yerdə futbol oynamış, daha sonra mən onun rəhbərliyi altında həm klubda, həm millidə çıxış etmişəm. Əsgər müəllimin vaxtında biz əks-hücumda oynayırdıq. Hər məşqçinin futbola öz baxışı var. Mən hücum futboluna üstünlük verirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail