"Qarabağ" - "Xəzər Lənkəran": Statistika

23.10.2014 | 3503 dəfə oxunub

Bazar günü Premyer Liqanın 9-cu turu çərçivəsində “Xəzər Lənkəran” Ağdamın “Qarabağ” klubunun qonağı olacaq. Stadium.Az xəbər verir ki, rəqib hazırda komandamızdan üç xal öndə olmaqla çempionatda bir oyun az keçirib.

Qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionu ötən mövsüm bu komandaların iki görüşünə şahidlik edib. Bir oyunda qonaq, digərində isə meydan sahibi statusuna malik “Xəzər Lənkəran” bu qarşılaşmaların hər ikisində qələbə qazanıb.

Ümumilikdə bu günə kimi “Xəzər Lənkəran” və “Qarabağ” 28 dəfə Premyer Liqa çərçivəsində qarşılaşıblar. Bu görüşlərdə 12 dəfə “Xəzər Lənkəran” qələbəni qeyd edib, 11 dəfə isə Ağdam klubu sevinib. Bu komandlar arasında cəmi 5 çempionat qarşılaşması heç-heçə ilə yekunlaşıb.

Qeyd olunan oyunlardan vurulan qolların nisbəti də “ağ-yaşıllar”ın xeyrinədir – 32:25.

Səfər görüşlərinə gəldikdə isə, komandamız 14 “Qarabağ” səfərindən 4 dəfə qələbə ilə, bir dəfə isə heç-heçə ilə geri dönüb.

lankaranfc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail