Aleksandr Çertoqanov Ukrayna mətbuatına "Qarabağ"dan danışdı

23.10.2014 | 3286 dəfə oxunub

Millimizin sabiq üzvü Aleksandr Çertoqanov Ukrayna mətbuatına danışıb. Stadium.Az xəbər verir ki, əslən ukraynadan olan futbolçu bu gecə keçiriləcək "Dnepr" - "Qarabağ" matçıyla bağlı fikirlərini bölüşüb:

"Qarabağ" topu saxlamağı və əsasən yerdən oynamağı bacaran komandadı. Müdafiəçiləri də çox texnikalıdı. Onlar müdafiədən hücuma çox sürətlə çıxmağı bacarırlar. Komandada yaxşı atmosfer var. "Dnepr"in oyunlarını müxtəlif turnirlərdə izləmişəm. Fikrimcə, "Qarabağ" "Dnepr"ə məğlub olmayacaq.

"Qarabağ" yaxşı komandadı. Hazırda "Dnepr"in daha güclü olduğunu düşünmürəm. "Qarabağ"da Riçard Almeyda və Reynaldo aparıcı rol oynayır. Reynaldonu "Ayntraxt" və "Zalsburq" klubları transfer etmək istəsələr də, komandanı futbolçunu buraxmadı. Həmçinin millinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu da qeyd etmək lazımdı. Oyun planında çox güclü futbolçudu.

Qapıçılar İbrahim Şehiç və Fərhad Vəliyev də yaxşı təsir bağışlayırlar. Hər ikisi sabit çıxış edir və beynəlxalq təcrübələri var. Təbii ki, turnirdə mübarizəni davam etdirmək üçün "Dnepr"ə bu görüşdə qələbə qazanmaq lazımdır. Ancaq "Qarabağ" klubu da qarşıya qoyulan vəzifəni yerinə yetirməyə çalışacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail