"Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq"

26.10.2014 | 3042 dəfə oxunub

U-17-lər arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Azərbaycan – İsveçrə oyunundan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev affa.az saytına fikirlərini bildiri. Stadium.Az xəbər verir ki, yerli çalışdırıcı belə danışıb:

“Belçika yığmasına məğlubiyyətdən sonra qarşımızdakı ən vacib məsələ futbolçuları növbəti oyuna psixoloji baxımdan hazırlamaq idi. Nə qədər çətin olsa da, müəyyən mənada bunun öhdəsindən gəlməyi bacardıq. İsveçrə futbolda kifayət qədər inkişaf yolu keçmiş ölkədir və İsveçrənin istər əsas millisi, istərsə də müxtəlif yaş qruplarından ibarət komandaları vaxtaşırı dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edir. Sevinirik ki, belə bir ölkənin təmsilçisinə qalib gəlməyi bacardıq.

Bu qələbədə zəhməti olan, bunu arzulayan, bizə dəstək verən hər bir kəsi təbrik edirik. Əlbəttə, qələbədə də, məğlubiyyətdə də bütün komanda üzvlərinin payı və məsuliyyəti olur, kimisə fərqləndirmək düzgün olmazdı. Bununla belə, qapıçımızın oyununu xüsusi qeyd etməliyəm. Ötən oyunla müqayisədə bu dəfə qapıçı mövqeyində dəyişiklik etdik və və bu əvəzləmə öz bəhrəsini verdi. Qapıçımız bu gün komandanı dəfələrlə çox çətin vəziyyətlərdə xilas etməyi bacardı. Turnir hələ yekunlaşmayıb və son oyunda da uğurlu nəticə əldə edərək növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.

affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail