Ardıcıl 5 qələbəylə zirvəyə!

27.10.2014 | 3187 dəfə oxunub

"Qarabağ" Premyerliqanin IX turunda "Xəzər-Lənkəran"ı qəbul etdi. Stadium.Az xəbər verir ki, bundan 2 gün öncə Avropa Liqasında "Dnepr"i səfərdə məğlub edən Ağdam klubu oyunqabağı sadəcə 1 məşq keçə bilmişdi.

Komandanın baş məşqçisi Qurban Qurbanov sonuncu oyunla müqayisədə heyətdə ciddi dəyişikliklər etmişdi. Jumbinyo və Dias uzun müddətdir zədədən əziyyət çəkir. Bu 2 braziliyalıyla yanaşı çalışdırıcımız Rəşad Sadıqov, Maksim Medvedev, Muarem Muaremin adını 18-liyə salmamışdı. Sonuncu oyunda start heyətində meydana çıxanalardan Riçard Almeyda, Reynaldo, Ansi Aqolli, Qara Qarayev, Vüqar Nadirov isə ehtiyatda qalmışdı. Belə də `Qarabağ`ımızın yeni transferi Emeqara ilk dəfə start heyətində meydana çıxdı.

İsveçrə vətəndaşı olan forvarda cinahlardan 2 gənc  - Cavid Tağıyevlə Namiq Ələsgərov dəstək verməliydi. Leroy Corc isə özü bir qədər qeyri-ənənəvi mövqedə, 2-ci hücumçu kimi çıxış etməliydi. Qeyd edək ki, hollandiyalı bu möqeyində özünü artıqlamasıyla doğrultdu. 26 yaşlı futbolçu öncə Emeqaraya ötürməsi penalti qazanmağımıza səbəb oldu. Ardınca isə Emeqara və Cavidi 2 mükəmməl ötürməylə qol sevinc(lər)inə qərq etdi. İlk yarı 3:0 hesabıyla başa çatdı. 1 saat tamamına yaxın `Xəzər-Lənkəran` 2 dəfə fərqlənə bildi. Baş məşqçimiz Qurban Qurbanov Riçard və Qaranı oyuna daxil etdi. Oyunda ətərfələrin cəhdlərinə baxmayaraq başqa qol olmadı və komandamız 3:2 hesabıyla qalib gəldi.

Beləcə 10 (!) əsas heyət futbolçu start heyətində meydana çıxmadan komandamız 3 xalı aktivinə yazdıra bildi. Bu qələbəyə premyerliqada ardıcıl 5-ci qələbəsinə sevinən komandamız vahid liderliyə yüksəldi. İlk dövrə başa çatsa da komandamız ehtiyatda 1 oyununun (Araz-Naxçıvan)  qaldığını da vurğulayaq. Çempionatda növbəti oyunu isə 2 gün sonra olacaq. `Qarabağ`ımız ən yaxın izləyicisi `İnterin qonağı olacaq.

qarabagh.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail