Rednik "Xəzər Lənkəran"ın məşqini niyə yarımçıq tərk etdi

11.08.2011 | 5197 dəfə oxunub

İkinci turun hazırlıqlarına başlayan "Xəzər Lənkəran" dünən saat 18:30-da "Fırtınalar meydanı"nın yardımçı meydançasında məşqə çıxıb. Stadium.az xəbər verir ki, komanda bu heyətlə məşq edib: Adrian Pits, Andrey Mureşan, Eder Bonfim, Rikardo Qomeş, Alim Qurbanov, Elnur Abdullayev, Katalin Doman, Opara Emeka, Elvin Beqiri, Deyan Rusiç, Kamal Bayramov,  Şəhriyar Xəlilov, Zahid Quliyev və daha iki gənc yerli futbolçu.

Komandanın Lənkərana gəlişindən məşq başlayanacan bir o qədər  şən görünməyən Mirça Rednik hazırlıq prossesinin tən yarısında köməkçilərinə tapşırıqlarını verib, məşqi tərk edib.  Bu da məşqi izləyən azarkeşlərin diqqətindən yayınmayıb.  Komandanın məşqini 100-ə yaxın azarkeş izlədiyini də bildirək. Məşq zamanı Julius Vobayın yoxluğu haqda verilən suallar isə cavabsız qalıb. Eyni zamanda azarkeşlər Antonio Semedo ilə müqavilə imzalanması xəbərini sevinclə qarşılayıblar. Mario Rosasla da bu gün rəsmi müqavilə imzalanacağı haqda məlumatı eşidən azarkeşlər səbirsizliklə İspan futbolçunun yolunu gözlədiklərini bilidirdilər.

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail