"Araz-Naxçıvan"da yeni futbolçular

28.10.2014 | 4620 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Zaqatala səfərində sonra "Araz-Naxçıvan" PFK-nın daxili iclası keçirilib və komandanın son turlar üzləşdiyi məğlubiyyətlərin səbəbləri müzakirə olunub. Stadium.Az xəbər verir ki, yekun qərara əsasən bəzi futbolçularla komanda qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Belə ki, Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkov komandanı tərk edən oyunçular olub. Lakin mətbuatda bu futbolçular haqda yazılan məlumatların heç biri həqiqəti əks etdirmir. Çünki bu futbolçuların hər biri "Araz-Naxçıvan" PFK-nın qazandığı uğurda, eyni zamanda məğlub durumunda bir arada olublar.

Odur ki, komandamız heç bir futbolçunu qovmayıb, sadəcə onlarla söhbət zamanı vəziyyətə aydınlıq gətirilib və qarşılıqlı razılaşma əsasında müqavilələri ləğv edilib. Gedən futbolçuların boşluğu isə əvəzedici heyətdən gələn oyunçularla doldurulub. Yaxın zamanda komandamız heyətinə bir neçə yeni futbolçu da dəvət edəcək. "Araz-Naxçıvan" PFK olaraq, komandanı tərk edən hər bir futbolçumuza gələcək karyeralarında uğurlar arzulayırıq.

arazpfc.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail