"Bütün komandanı və azarkeşləri təbrik edirəm"

29.10.2014 | 3242 dəfə oxunub

Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Bosniya və Herseqovina - Azərbaycan qarşılaşmasını  canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov qarşılaşmadan sonra affavideo.az və affa.az  saytlarına fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, Məmmədov yığmanı təbrik edib: “İlk növbədə hər birimizi və böyük əzmkarlıq nümayiş etdirən futbolçuları təbrik edirəm. Onlar son iki oyunda biri-birilərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər. Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə oyunda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazandı.

Bu bizim üçün önəmli bir uğurdur. 4-5 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldır. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız elit mərhələdə oynayacaq. Bütün komandanı və azarkeşləri təbrik edirəm. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək”.


affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail