Qəbələdə atıcılıq üzrə Dünya Kubokunun qalibləri müəyyənləşdi

29.10.2014 | 3359 dəfə oxunub

Oktyabrın 23-27də Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçirilib. Stadium.Az xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edib.

Bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilən yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə ən güclüləri müəyyənləşdirib. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunan yarışa dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq gəlib. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edib.
 
Yarışların ilk günündə qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirib. Həmçinin, kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Bu yarışlarda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Slovakiya, Avstarliya, ABŞ, Rusiya, Polşa, Monqolstan, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan idmançıları iştirak edib.

Səngər stend atıcılığı üzrə qadınların yarışında Suzana Rehak Stefekova  (Slovakiya) birinci, Beaman Jo Janessa  (ABŞ) ikinci, Caterine Skinner  (Avstraliya) üçüncü, pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında kişilər arasında Nazar Louginets (Rusiya) birinci, Niccolo Campriani (İtaliya) ikinci, Zhu Qinan (ÇİN) üçüncü yeri tutub.
 
Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında qadınlar arasında Yi Siling (Çin) birinci, Andrea Arsoviç (Serbiya) ikinci, Şu Liuxi (Çin) üçüncü yeri tutub. Həmçinin, tapançadan 25 metr məsafəyə atəş açma yarışında isə qadınlar arasında Monika Karş (Almaniya) birinci, Gundegma Otryad (Monqolstan) ikinci,  Jingjing Zhang (Çin)  üçüncü yerə sahib çıxıb.
 
Güllə atıcılığındakı təmsilçilərimiz 25 m məsafəyə atəşaçmada hədəf önünə keçiblər. İradə Aşumova və Ruslan Lunyov müvafiq olaraq, 11 snayper arasında 11-ci və 12 idmançı arasında 9-cu olublar. Həmyerlilərimiz digər məsafələrə atışda iştirak etməyiblər.

Yarışların sonuncu günündə tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında kişilərdən Daniel Brodmeir (Almaniya) birinci, Sengbe Zao (Çin) ikinci, Henri Junqahenel (Almaniya) üçüncü olub.
Dairəvi stend atıcılığı üzrə yarışda qadınlardan Albina Şakirova (Rusiya) birinci, Meng Vei (Çin) ikinci, Danka Bartekova (Serbiya) üçüncü, kişilərdən Dii Cin (Çin), Azmy Mehelba (Misir), Aleksandr Zemlin (Rusiya) üçüncü yeri tutub.

Dairəvi stend atıcılığı üzrə yarışlarda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Emin Cəfərov təsnifat yarışlarında Dünya Kuboku yarışlarının final mərhələsinə yüksəlib. İdmançımız final yarışlarında 5-ci yeri tutub. Qadınlardan isə Nurlanə Cəfərova 7-ci yerə çıxıb.
Kubok və medalların sayına görə aparılan komanda hesabında Rusiya yığması birinci, Çin idmançıları ikinci, Almaniya atıcıları üçüncü yerə çıxıblar.

Yarışların bağlanış mərasimində “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının, Beynəlxalq İdman Atıcılıq Federasiyasının və Avropa Atıcılıq Konfederasiyasının rəhbər şəxsləri iştirak ediblər. Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber yarışın yüksək səviyyədə təşkil edilməsinə görə “Qəbələ” İdman Klubunun və “Qəbələ” Atıcılıq Klubunun rəhbərlərinə diplom və medallar təqdim edib.

gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail