"Xəzər Lənkəran"ın məşq planı və hərəkət qrafiki

30.10.2014 | 3059 dəfə oxunub

Premyer Liqanın X turunda səfərdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” bu gün oyunsonrası bərpa məşqini keçəcək. Stadium.Az xəbər verir ki, Cənub klubu bu gün köhnə “Neftçi baza”da saat 11:00-da məşqə çıxacaq.

“Sumqayıt”la oyunda iştirak edən futbolçular qaçışla və yüngül fiziki hərəkətlərlə kifayətlənəcəklər. Həmin oyuna sonradan, əvəzetmə ilə qoşulan, görüş zamanı ehtiyat skamyada yer alan və matçın protoklunda 18-liyə adları daxil olmayan futbolçular isə hazırlıqda tam olaraq iştirak edəcəklər. Məşqin ardından günün ikinci yarısında “Emerald” otelinə dönüb istirahətə çəkiləcək komanda sabah Bakını tərk edərək doğma şəhərə yollanacaq.

Lənkərana çatdıqdan sonra özünün baza-otelində məskunlaşacaq Lənkəran təmsilçisi, qarşıdakı iki gün ərzində  stadionun əsas və yardımçı meydançalarında hazırlaşacaq. Sabah iziki hərəkətlərlə zəngin, toplu-topsuz çalışmalardan ibarət hazırlıq, noyabrın 1-də isə taktiki planda oyunöncəsi son məşq olacaq.

“Xəzər Lənkəran” Premyer Liqanın XI turu çərçivəsində, noyabrın 2-də “Fırtınalar meydanı”nda  “Simurq” klubunu qəbul edəcək.

12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail