Braziliyalıların "Xəzər Lənkəran"da 75-ci qolu

31.10.2014 | 3629 dəfə oxunub

Premyer Liqanın X turu “Xəzər Lənkəran” üçün bir sıra məqamlarla əlamətdar olub. Stadium.Az xəbər verir ki, Sumqayıtda eyniadlı komanda ilə görüş cari mövsümün yubiley – 10-cu matçı olmaqla yanaşı, digər tərəfdən də yubileylərlə nəticələnib.

Belə ki, “ağ-yaşıllar” tarixində 80-ci səfər qələbəsini qazanıb. Bunların 64-ü çempionat, 15-i kubok, 1-i Avropa Liqası çərçivəsində olub. “Xəzər Lənkəran”ın hesabında 53 heç-heçə və 60 məğlubiyyət də var. Komandada qol hesabını açan Fernando Qabriel “Xəzər Lənkəran” üçün qol vuran 12-ci braziliyalıdır. Digər 11 cənubi amerikalının hesabında 74 qol olduğundan “Sumqayıt”a vurulan top braziliyalıların 75-ci uğuru olub.

Bu qələbə ilə “Xəzər Lənkəran” səfərdəki uğursuz seriyanı qırdı. Rəqib meydanlarında baş tutan çempionatdakı son 9, ümumilikdə isə 10 matçda qələbə qazanmayan komandamız sonuncu dəfə də “Sumqayıt”a qalib gəlmişdi. Ötən mövsümün bu il martın 16-dakı səfər matçında “ağ-yaşıllar” 1 qolla qalib gəlmişdi. “Xəzər Lənkəran” bu müddətdə rəqib meydanında 4 heç-heçə etmişdi.


lankaranfc.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail