7 oyun, 7 qələbə

01.11.2014 | 3648 dəfə oxunub

AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol liqalarında növbəti oyunlar keçirilib. Stadium.Az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları son bir həftədə müxtəlif yaş qruplarında qüvvələrini sınayıb.

 “Qırmızı-qaralar” meydana çıxdığı 7 görüşün hamısında qələbə qazanıb.
U-19 komandası çətin səfər matçında “İnter”ə qalib gəlib – 2:1. 5 oyunda 10 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşsa da, ehtiyatda 1 oyunu var. Komanda növbəti turda öz meydanında “Bakı”nı sınağa çəkəcək. Evdə “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edən U-17 ardıcıl 5-ci oyununda da qalib gəlib. 100 faizlik nəticə ilə vahid liderliyini davam etdirən “Qəbələ” növbəti turda “İnter”in qonağı olacaq.

Öz meydanında “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edən U-16 5 oyunda 13 xal toplayıb. 3-cü yerdə qərarlaşan “qırmızı-qaralar” növbəti oyunda “İnter”in qonağı olacaq. 5 matçdan sonra 13 xal toplamaqla vahid lider olan U-15-in “İnter”lə səfər matçı təxirə salınıb. Litvadakı beynəlxalq turnirdən qayıdan komandamız qarşıdakı turda “Vətən”lə səfər matçına çıxacaq.

Paytaxt zonasında çıxış edən U-14 “Neftçi” İK İB ilə qarşılaşmada qalib gəlib – 3:2. 5 turda 10 xal toplamaqla liderlər qrupunda yer alan “qırmızı-qaralar”ın növbəti rəqibi “Sərhədçi”dir. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-13 İsmayıllı UGİM-ini məğlub edib – 6:0. Ardıcıl 4 böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. Komandamız növbəti turda liderlə – “Daşqın”la üz-üzə gələcək.

“Rabitəçi”ni 5:1 hesabı ilə məğlub edən U-12 5 qarşılaşmada topladığı xalların sayını 11-ə çatdırıb. 3-cü pillədə qərarlaşan “Qəbələ” növbəti oyunda Qaxın UGİM-i ilə qarşılaşacaq. U-11-lərin Qəbələ komandalarının duelində UGİM-ə qalib gəlib – 5:1. 4-cü matçında 3-cü qələbəsini qazanan komandamız qarşıdakı turda “Daşqın”ı sınağa çəkəcək.


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail