Sadıq Sadıqov: "Maliyyə və digər çətinliklərimiz oyunumuza da mənfi təsir göstərir”"

02.11.2014 | 4442 dəfə oxunub

“AZAL-la oyun normal keçdi.  Amma “Neftçi”dən gözlədiyim oyunu hələ də görmürəm”. 

Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin prezidenti Sadıq Sadıqov bu gün AZAL-la Premyer Liqanln 10-cu turundan sonra jurnalistlərə açıqlamasında deyib:

“Çox yaxşı oyun keçdi, “Neftçi” ilə AZAL arasındakı oyunlar həmişə maraqlı alınıb. Bu gün də rəqib komanda oyunun ilk 20 dəqiqəsinə kimi yaxşı mübarizə apardı. Ondan sonra “Neftçi” hansı gücə malik olduğunu rəqibə göstərdi. Bugünkü oyun ən vacib oyunlardan biri idi.  Qarşıdakı matçlada daha yüksək ruhla hazırlaşmalıyiq. Geridə qalan turlara baxanda, “Neftçi” lazimi nəticə qazanmayıb. Çünki komanda hələ adına layiq oyunu nümayiş etdirmir. Hər halda, ümumi götürəndə hər şey qənaətbəxşdir. Amma mən klubumdan daha yaxşı şey gözləyirəm”.

Klub prezidenti  “Neftçi”nin istənilən səviyyədə oynaya bilməməsinin klubdaxili problemlərlə əlaqələndirib: ”Klubda daxili problemlər var. Maliyyə və digər çətinliklərimiz  oyunumuza da mənfi təsir göstərir”.

Sadıq Sadıqov baş məşqçiləri Arif Əsədovdan razılığınıda bildirib, “Nefçi”nin əvvəlki oyunlarına nisbətən müdafiə futbolu oynamasını da baş məşçinin taktikası olduğunu qeyd edib: 

“Bu gün Arif Əsədov bu klubdadırsa, deməli, onun işi bizi qane edir, müdafiə futbolu oynamağımızın səbəbi də baş məşqçinin seçimidi. Biz nəticəyə baxırıq. Bu gün nəticə də bizim istəyimizə uyğundur. Amma yenə də, “Neftçi” ümumilikdə tam müdafiə futbolu oynamır. Yoxsa bu gün hesab 4:0 bizim xeyrimizə olmazdı. Oyundan da gördüz ki, qolların sayı daha çox ola bilərdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail