Naxçıvanda məktəblilər üçün yeni futbol layihəsi

03.11.2014 | 3646 dəfə oxunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının təşkilatçılığı ilə Şərur rayonu Olimpiya İdman Kompleksində tədbir keçirilib. Stadium.Az xəbər verir ki, “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi üzrə baş tutan tədbidə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, Milli Məclisin deputatı Xanlar Fətiyev də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov gənclərin idmana olan marağından danışıb və məktəblərdə bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb: "Bu cür tədbirlərin təşkili muxtar respublikada idmana və idmançılara göstərilən qayğıdan irəli gəlir. Hazırda muxtar respublikada minlərlə uşaq futbolun sirlərini öyrənir. Məqsədimiz bu tipli məktəblərin sayını artırmaq, uşaqları bu idman növünə cəlb etməkdir. Bunun üçün muxtar respublikada hər bir şərait var. İnanırıq ki, gələcəkdə bu uşaqlar Azərbaycan futboluna öz töhfələrini verəcək və futbolumuzun inkişafında muxtar respublika futolçularının əməyi böyük olacaq".

Daha sonra millət vəkilləri Xanlar Fətiyev və Rauf Əliyev çıxış edərək, gənclərə öz tövsiyələrini veriblər. Tədbirdə 150-ə yaxın uşaq iştirak edib. Onlar məktəb tərəfindən pulsuz ləvazimatlarla da təmin olunublar.
Qeyd edək ki, təşkil olunan bu tədbirin əsas məqsədi müxtəlif sosial təbəqədən olan uşaqların xüsusi futbol konsepsiyasından istifadə etməklə onları ümumi maraq naminə birləşdirməkdir.


arazpfk.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail