"Xəzər Lənkəran"la oyun qabağı AZAL-da ciddi itkilər

12.08.2011 | 7619 dəfə oxunub

AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov verdiyi açıqlamada komandanın həftəsonu "Xəzər Lənkəran"la keçirəcəyi oyun haqda fikirlərini bildirib. 

Stadium.az xəbər verir ki, klub rəsmisi ilk öncə komanda olan itkilərdən gileylənib: "Usim Nduka, Aqil Nəbiyev və Robert Petrov zədəlidir. Viktor İqbekoyi isə ötən tur "Simurq"la oyunda qırmızı vərəqə aldığı üçün növbəti oyuna çıxa bilməyəcək. Bu oyunçuların yoxluğunda "Xəzər Lənkəran"la oyun bir qədər çətin keçəcək".

Daha sonra isə o, komandanın "Xəzər Lənkəran"la oyuna yalnız qələbə üçün çıxacağını bildirib: "Statistikada "Xəzər Lənkəran"ın aşkar üstünlüyü olsa da, biz bunu öz xeyrimizə dəyişəcəyik. Bizim klubumuz "Xəzər Lənkəran"la keçirilən oyunların əksəriyyətində formalaşma mərhələsində idi. Klubun adı da onda başqa idi.
 
Lakin ötən mövsümdən etibarən biz qarşımıza konkret məqsədlər qoymuşuq və "Xəzər Lənkəran" üzərində də ötən mövsüm bir dəfə qələbə qazanmışıq. AZAL-ın heyətində bir çox təcrübəli, güclü futbolçu var.  Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Başlıca hədəfimiz isə çempionluqdur. Ən azı 2-ci, 3-cü pilləni tutaraq avrokuboklarda iştirak etməyi qarşımıza məqsəd qoymuşuq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail