AFFA cəzaları açıqladı

04.11.2014 | 2692 dəfə oxunub


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasında aşağıdakı qərarlar qəbul olunub:

Əvəzedici heyətlərin X turunun “Sumqayıt”–“Xəzər Lənkəran” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 70 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin X turunun “Bakı” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Bakı” klubunun 53 №-li futbolçusu Sənan Bayramzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Premyer Liqanın XI turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Premyer Liqanın XI turunun “Neftçi” – AZAL matçının 82-ci dəqiqəsində AZAL klubunun 12 №-li futbolçusu Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Premyer Liqanın XI turunun “Qəbələ” – “Bakı” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyunun 90-cı dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XI turunun “Simurq”  – “Xəzər Lənkəran” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40). Oyunun 90-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 53 №-li futbolçusu İlyas Səfərzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur(maddə 37.1).

Əvəzedici heyətlərin XI turunun “Neftçi” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

I Divizionun IX turunun “Lokomotiv” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun IX turunun “Zirə” – “Qaradağ Lökbatan” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun IX turunun “MOİK” – “Şahdağ” matçının 65-ci dəqiqəsində “Şahdağ” klubunun 24 №-li futbolçusu Rüstəm Əskərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun IX turunun “Şuşa” – “Rəvan” matçında “Şuşa” klubunun məşqicisi Toğrul Əhmədov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail