Qurban Qurbanov: "Dnepr"ə bərabərlik də sərf edə bilər"

05.11.2014 | 4736 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin IV turunda "Dnepr"i qəbul edəcək "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov oyundan öncə jurnalistlərin önünə çıxıb. Stadium.Az xəbər verir ki, istedadlı mütəxəssis media mənsublarının suallarını cavablandırıb:


 - "Hər oyun nə qədər vacibdirsə, bu oyun da elədi. Səfərdə qələbə qazanmağımıza baxmayaraq, sabahki qarşılaşma daha çətin olacaq. Hər iki komanda bir-birini daha yaxşı tanıyır. Ağır oyun olacaq. Çalışacağıq ki, ilk oyundakına nisbətən, daha dəqiq və səviyyəli oyun göstərək. Əlimizdən gələni edəcəyik ki, görüşü uğurlu nəticəylə bitirək.

 - Adətən, vaxt az olanda bundan məğlub komanda daha yaxşı olur. İtiriləsi heç nəyi olmayan klublar daha təhlükəli olru. Onların baş məşqçisi də belə deyib.
 - Həqiqətən bilirik ki, onlar üçün itiriləsi heç nə yoxdu. Şansları qalmaqdadı. "Dnepr"ə bərabərlik də sərf edə bilər. Yaxşı bilirik ki, rəqib bizdən revanş almaq haqda düşünür. Onlar maksimum xal üçün meydana çıxacaqlar. Çünki xallara ehtiyacları var.

 - Futbolçulara demisiz ki, bu görüş daha vacibdi?
 - Bu gün futbolçularıma desəm ki, udsaq, ikinci yeri tutacağıq, böyük səhv etmiş olaram. Bizim fikrimiz rəqibi daha yaxından tanıyıb, yaxşı oyun qurmaqdı. Əsas məsələ düzgün yanaşmadı.

 - Rəqib elə vəziyyət yaradır ki, sanki onlara Avroliqa lazım deyil. Bu komandanı arxayınlaşdırmır ki?
 - Biz hər oyuna görə daha təcrübəli oluruq. Açığı, belə fikirlərə önəm vermirik. "Dnepr"in təcrübəli baş məşqçisi və futbolçuları var. Əsas odur ki, istədiyimiz oyunu meydanda göstərə bilək.

 - Adətən, "Qarabağ" oyunlara aqressiv başlayır. Sabah da belə olacaq, yoxsa, rəqibin sizin üzərinizə gəlməsini gözləyəcəksiz?
 - Ola bilsin ki, sabah "Dnepr" daha aqressiv oldu. Çalışacağıq ki, istəklərimizi nə az, nə də çox edək. Hər şey qaydasında olsa, bizə də zərərli olmaz.

 - Çempionatla Avroliqada ayrı-ayrı taktika və oyunçularla çıxış etmək sizə çətinlik yaratmır?
 - Oyunumuzda o qədər də dəyişiklik yoxdu. Sadəcə rəqiblərə görə fərqli olur. Elə olur ki, rəqib səni müdafiədən oynamağa məcbur edir. Avroliqada işimiz o baxımdan yaxşıdır ki, burada limit problemi yoxdu. Ancaq biz əlimizdə olan futbolçulardan hansı hazır olursa, onu da meydana buraxırıq.

 - "Qarabağ" ölkəmizdə ilk klubdur ki, Avroliqanın qrupunda qələbə qazanıb. Sizə elə gəlmirmi ki, ab-hava komandaya mənfi təsir edə bilər. Mən biləni bütün biletlər satılıb, anşlaq olacaq...
 - Mən də ən çox buna çalışıram ki, futbolçular yanmasın. Azarkeşlərimiz avropa oyunlarında möhtəşəmdilər. Biz yüksək səviyyədə azarkeşlik edirlər. Bizim də təcrübəmiz var. Çalışacağıq ki, sonadək oyun intizamını pozmayaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail