"Dnep"in baş məşqçisi: "Qarabağ"dan daha güclü idik"

06.11.2014 | 3218 dəfə oxunub

Avropa Liqasının F qrupunda Bakıda “Qarabağ”a qalib gələn “Dnepr”in baş məşqçisi Miron Markeviçin oyunsonrası mətbuat konfransı.

- Kiyevdəki oyundan sonra Ukrayna mətbuatında çox tənqid edirdi. İndi siz özünüzə bəraət qazandırırsız ki, “Qarabağ” sıradan bir komanda deyil?

- Oyundan onra da emişdim ki, çox xoşuma gəlir və yaxşı təşkil edilmiş komandadır. Mən onu da bilirəm ki, “Qarabağ”ın “Zalsburq”la oyunda bəxti gətirməmişdi. Sadəcə bu gün biz “Qarabağ”dan biraz güclü olduq.

- Bu gün “Dnepr”dən başqa oyun gördük. Bakıda sizə daha rahat idi, bu qədər azarkeş təzyiqi altında?

- Hər bir komanda meydana çıxanda tribunları dolu görəndə başqa oyun olur. Çox təəssüf ki, bizə öz meydanımızda oynamağımıza imkan vermədiklər. Biz kiyevdə 70 min tutumu olan stadionda 3 min azarkeş qarşısında oynayırdıq. Bu isə yoxlama oyununa oxşayırdı.

- Sizə elə gəlmir ki, 1:1 daha ədalətli nəticə olardı? Çünki ikinci qol da təsadüfi alındı...

- Bu gün udduq və deməli, qazandıq. Daha başqa qol vəziyyətlərimiz də vardı, amma istifadə edə bilmədik.

- “Qarabağ”ın hansı çatışmayan cəhətlərini gördüz?

- “Qarabağ” artıq Avroliqada təcrübəsi olan komandadır. Amma hələ də tam təcrübə toplamayıblar. Əsas çatışmayan cəhətləri budur.  

- Markeviç deyir ki, “Dnepr” öz meydanında oynamır. Bəs sizin xəbəriniz var ki, “Qarabağ” 21 ildi öz meydanında oynamır amma bu gün stadiona 31 min azarkeş gəlir. Amma sizdə belə deyil, bu, sizin bəhanəniz deyilmi?

- Bura Azərbaycandı. Bizim problemimiz özümümzlədir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail