Qurban Qurbanov "Dnepr"ə məğlubiyyətdən danışdı

06.11.2014 | 5650 dəfə oxunub

Avropa Liqasının F qrupunda Bakıda Respublika stadionunda “Dnepr”ə məğlub olan “Qarabağ”ın baş məşqçisi Ququrban Qurbanovun oyunsonrası mətbuat konfransı:

- İstəməzdik məğlub olaq. Çox çalışdıq ki, hesabı qoruyaq, amma alınmadı. Biz bu gün hamımızlıqla “Dnepr”in gücün gördük. Sona kimi mübarizə apardıq, səhvlərimiz də oldu. Düşünmədiyimiz səhvlərdən qol buraxdıq. Mən ilk oyundan sonra demişdim ki, qələbəni böyütməyək, futbolçulara pis təsir edə bilər. Çalışdıq oyunumuzu düzgün quraq. Futbolçulara da narazılığım yoxdur.

- “Qarabağ” ilk qolu buraxandan sonra dönüş etməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?

- Biz sadəcə bu gün dönüş edə bilmədik. İstədik, amma qol vura bilmədik.

- Kənardan elə gəlirdi ki, sizin komanda meydana heç-heçə üçün çıxmışdı və buna görə uduzduz...

- İlk hissə başlayandan topa nəzarət bizdə idik. İlk dəqiqələrdən biz ümumiyyətlə heç-heçə haqda düşünmürdük. Konkret olaraq qələbə üçün meydana çıxmışdıq.

- Bu günkü günə kimi Reynaldonun xəsisliyindən danışırdıq. Amma bu gün Muarem ilk yarıda ötürmə versəydi, hesab başqa cür olardı. Sanki komanda oyununda problem vardı...

- Futbol kollektiv oyundu. Həmin məqamda Leroyu görmək çətin idi. Çünki sürətli hücum idi və iki müdafiəçi qarşısın kəsmişdi.

- “Qarabağ”ın qrupdan çıxmaq şansın necə dəyərləndirirsiz?

- Bizdə istəməzdik azarkeşləri üzək. Məğlubiyyəti heç kim istəməz. Rəqiblərə də hörmətlə yanaşırıq. Qarşımıza da məqsəd qoymamışdıq ki, qrupda ikinci olaq. Bizim üçün “Sent Etyen”lə oyunda daha asan olacaq, nəinki bu qarşılaşmada. Mən hardasa gözləyirdim ki, bu oyunda uduzaq. Çünki ilk oyundan sonra hamı fikirləşirdi ki, ilk oyunda udmuşuqsa, bu dəfə da qalib gələ bilərik. Bu isə komandaya mənfi təsir göstərir.

- Dünən sizə sual verilmişdi ki, belə atmosferdə oynamaq sizə problem olacaq. Amma siz dediz ki, nizam-intizamlı komandanız var, bu işin öhdəsindən gələcəklər. Amma bu gün belə olmadı. Belə görünür ki, sizin komandada yaratdığınız oyun üslübü daha çox səfər matçları üçündü...

- Sadəcə ola bilər ki, bu dəfə hücumlarımız alınmadı. Biz məşqlərdə də bunun üçün çalışmışdıq. Sxem barədə məncə problem yoxdu. Hücumlarda qurduq, sadəcə son nöqtə qoymaq mümkün olmadı.

- “Dnepr”in baş məşqçisi dedi ki, bilirdilər Reynaldonun üzərində oyun qurulacaq. Onu zərərsizləşdirdilər və qələbə qazanacaqlar.

- Biz oyunu onun üzərində qurmamışdıq. Bir neçə oyunçuyla oynadıq. Almeydaya qarşı təkətək oynayırdılar. Bizdə onun yerin dəyişdik tez-tez. Rəqib baş məşqçinin də fikirlərinə hörmətlə yanaşırıq.

- Sizə elə gəlmir ki, “Dnepr”in baş məşqçisi “Qarabağ”ı daha yaxşı təhlil etmişdi?

- Rəqib qalib gəldisə, deməli, hansısa epizodlarda bizdən üstün olublar. Hər dəfə çalışırıq ki, düzgün oyun quraq. Düşünürəm ki, bu gün onların təcrübəsi bizdən daha üstün oldu. Belə oyunlar bizim komandalar üçün böyük təcrübədir.

- Siz Rusca bilirsiz. Niyə mətbuat konfransında rusca danışmırsız?

- Buraz Azərbaycandı və mentalitetdən kənara çıxmaq lazım deyil. Rusca danışmağımı istəsəz, mətbuat konfransından sonra sizə vaxt ayıra bilərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail