"Bakı-2015" Milli Federasiyalar Forumu keçirilib

07.11.2014 | 2639 dəfə oxunub

"Bakı-2015" Avropa Oyunları gələn ilin yayında keçiriləcək tarixi idman yarışlarında idmançılarının yarışacağı Azərbaycan idman federasiyalarının nümayəndələrini qəbul edib.

Stadium.Az xəbər verir ki, I Avropa Oyunlarının proqramına daxil edilmiş 20 idmandan 19-na aid milli federasiyanın 50-dən çox üzvü Bakı 2015-in baş ofisində keçirilmiş Milli Federasiyalar Forumunda iştirak edib.

Federasiya üzvlərinə Bakı 2015-in bir sıra şöbələri, o cümlədən, Akkreditasiya, Mətbuat əməliyyatları, Nəqliyyat və İşçi qüvvəsi şöbələri tərəfindən Oyunlarla bağlı aparılan hazırlıq işləri və Oyunlar zamanı yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barədə ən son məlumatlar verilib.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bu cür tədbirlər Avropa Oyunları ilə əlaqədar gördükləri hazırlıq işlərinə yardım etmək üçün milli federasiyalarla məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir. "Bakı 2015" azərbaycanlı idmançılara tarixə yazılmaq və öz vətənlərində I Avropa Oyunları çempionu olmaq imkanını təklif edir. Əminəm ki, öz vətənində və pərəstişkarlıq edən minlərlə azarkeş qarşısında keçirilən Oyunlarda yarışmaq bütün azərbaycanlı idmançılar üçün xüsusi an olacaq. Oyunlarla əlaqədar geri sayıma davam edirik və mən Oyunlarla bağlı hazırlıqlarda onlara uğurlar arzulayıram”.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O`Kallahan deyib: “Bugünkü tədbirdə milli idman federasiyalarından bu qədər çox nümayəndənin iştirak etməsindən və gələn il keçiriləcək tarixi yarışlarla əlaqədar gördüyümüz hazırlıq işləri ilə bağlı əldə olunmuş irəliləyişlərə dair son məlumatları almalarından çox məmnunam. Avropanın ən yaxşı idmançılarını iştirak üçün cəlb edəcək Avropa Oyunları Bakıda keçiriləcək fantastik idman bayramı olacaq və biz bütün Azərbaycanın və Avropanın qürur duyacağı yarışları keçirmək üçün çalışırıq”.

Bakı şəhəri gələn ilin 12-28 iyun tarixlərində birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya komitələrindən 6 mindən çox idmançı iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail