8 oyunda 7 qələbə

08.11.2014 | 3074 dəfə oxunub

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda növbəti matçlar baş tutub. Stadium.Az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri üçün son 1 həftə də uğurlu alınıb.

Vahid liqalarda çıxış edən U-19, U-17, U-16, U-15-in iştirakı ilə keçirilən 5 oyunda 4 qələbə qazanan “qırmızı-qaralar” 3 yarışın lideridir. U-19 öz meydanında “Bakı” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 6 matçda topladığı 13 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında “İnter”i 3:2 hesabı ilə məğlub edən U-17-nin növbəti rəqibi “Neftçi” İK İB olacaq. Ardıcıl 6 qələbə qazanan “Qəbələ” ev oyunu öncəsi vahid liderliyini davam etdirir.
“İnter” üzərində 3:0 hesablı səfər qələbəsi qazanan U-16 da vahid liderdir. 6 matçda 16 xal toplayan “qırmızı-qaralar” qarşıdakı turda evdə “Turan”ı sınağa çəkəcək.

Litvadakı beynəlxalq turnirdən qayıdandan sonra iki oyun keçirən U-15 evdə AZAL-ı 6:1 hesabı ilə məğlub edib, səfərdə “İnter”ə uduzub – 3:4. 7 matçda 16 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Növbəti turdakı rəqib isə “Xəzər Lənkəran” olacaq. Digər komandalar isə zona yarışlarında növbəti matçlarda qüvvəsini sınayıb. Paytaxt zonasında çıxış edən U-14 “Sərhədçi” ilə görüşdə çətinlik çəkmədən qalib gəlib – 11:0. Növbəti turda “Vətən”i sınağa çəkəcək “Qəbələ” 6 turdan sonra 13 xalla 3-cü sırada yer alıb.

Şimal, Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 Oğuzun UGİM-ini 12 cavabsız qolla məğlub edib. 6 matçda 14 xal toplayan “Qəbələ” lider mövqeyində qərarlaşıb. Komanda Şəki UGİM-i ilə üz-üzə gələcək. “Daşqın”la qarşılaşan U-11 də böyükhesablı qələbə əldə edib – 4:1. Növbəti matçda Qax UGİM-ini sınağa çəkəcək U-11 yarışın liderləri sırasındadır.


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail