AFFA I Divizon klubların cəzalandırdı

11.11.2014 | 2544 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda İntizam Komitəsi I Divizion klublarına cəza və cərimələr kəsib:

10 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VIII turunun təxirə salınmış görüşü “Bakılı” – “Şuşa” matçında “Bakılı” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 52-ci dəqiqəsində “Bakılı” klubunun 4 №-li futbolçusu Fərid Namazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
06 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Mil-Muğan” – “Şuşa” matçının 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 №-li futbolçusu Elnur Soltanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
06 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Kəpəz” – MOİK matçının 32-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov və oyunun 80-cı dəqiqəsində “Kəpəz” klubunun məşqiçisi Anar Kələntərov texniki zona qaydalarını pozduğlarına görə meydandan kənarlaşdırıldığları üçün hər ikisi 1 oyun cəzalanır klublar 100 manat cərimə olunur (maddə 62).
06 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Bakılı” – “Ağsu” matçı başa çatdıqdan sonra “Bakılı” klubunun inzibatçısı Rövşən Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
07 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Qaradağ Lökbatan” – “Lokomotiv” matçında “Lokomotiv” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
07 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Şahdağ” – “Neftçala” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 64-ci dəqiqəsində “Şahdağ” klubunun 10 №-li futbolçusu Elmar Yahyabəyovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Oyununun 90-cı dəqiqəsində “Şahdağ” klubunun 14 №-li futbolçusu Faik Ağarəhimovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail