AFFA italiyalı məşqçiylə anlaşdı: Millimizi bu məşqçi çalışdıracaq!

13.11.2014 | 5220 dəfə oxunub

Azərbaycan millisinin baş məqçisi olacaq daha bir mütəxəssisin adı açıqlanıb. Stadium.Az xəbər verir ki, böyük ehtimalla, millimizə italiyalı məşqçi Marko Tardelli başçılıq edəcək. Yayılan xəbərlərdə bildirilir ki, Markoyla 3 gün sonra keçiriləcək Azərbaycan – Norveç oyunundan sonra konkret olaraq danışılacaq. Və onunla artıq bir çox şərtlər də razılaşdırılıb. Böyük ehtimalla, bu dəfə tam olaraq tərəflər arasında razılıq əldə olunacaq.

60 yaşlı mütəxəssis 1988-ci ildə İtaliya U-16 millisini çalışdırmaqla məşqçi fəaliyyətinə başlayıb. Müxtəlif illərdə iki dəfə İtaliya U-21-də ikinci məşqçi işləyib. İtaliyada "Komo", "Cezena", "İnter", "Bari" və "Arezzo" klublarını çalışdırıb və ciddi bir uğur sahibi deyil. Milli karyerasında isə 2004-2005-ci illərdə Misir seçməsində uğursuz fəaliyyət göstərib.

Son iş yeri isə 2008-2013-cü illərdə İrlandiya millisində Covanni Trapattoniyə kömək etmək olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail