Mahmud Qurbanov: "Komandam Norveçlə oyuna hazırdır"

16.11.2014 | 4331 dəfə oxunub

Ötən gün millimizin müvəqqəti baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanov AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, gənc çalışdırıcı jurnalistlərin bir sıra suallarını cavablandırırb.
 
"Norveç yığması haqqında çox danışmaq istəmirəm. Onların çətin və güclü komanda olduğunu bilirik. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Əlimizdən gələni edəcəyik. Öz meydanımızda oynayacağıq. İlin son matçıdı və uğurlu nəticə qazanmalıyıq."
 
- Bir oyunluq millinin başındasınız. Bunu şans kimi, yoxsa başqa cür dəyərləndirirsiz ?
– Bunu tək öz adıma yazmazdım. Məndə heç zaman arxayınşçılıq olmayıb. Millinin başında olmaq böyük məsuliyyətdir. Bu məsuliyyət ağırdır. Yığmanın məşqçisi kimi qələbə qazanmaq istəyirik.
 
- Yığmamız hər matçda sensasiya edir. Norveçə qalib gəlsək, seçmə mərhələnin sonuna kimi bu postda qalacaqsız?
- Bu suala cavab vermək çətindir. Sabah ciddi oyunumuz var. AFFA yığmanın baş məşqçi postuna yeni çalışdırıcı axtarır. Bizim bütün diqqətimiz sabahkı qarşılaşmadadır.
 
- Müdafiənin sol cinahında kim oynayacaq?
- Komandada Maksim və Tərlan var. Kimin orada çıxış edəcəyi sabah bilinəcək.
 
- 3 məğlubiyyətdən sonra futbolçularda əhval-ruhiyyə necədir?
– Biz nikbinik və oyunçularımıza inanırıq. Nə qədər güclü rəqib olsa da, Norveçi xalsız yola salmaq istəyirik. Oyunbçular məsuliyyəti dərdk edir və bilirlər ki, bizi necə matç gözləyir. Komandam sabahkı oyuna hazırdır.
 
- Norveç millisində 15 yaşlı futbolçu var. Ondan xəbəriniz varmı?
- Bəli, bu rəqibi analiz etmişik. Kimlərin oynadığından xəbərimiz var.
 
- Rəqib adətən atletik hücumlar qurur. Siz necə düşünürsüz?
– Onlar indi fərqli çıxış edirlər. Əks-hücumlarda və mərkəzdən qurulan hücumlardan da fərqlənməyə çalışırlar. Biz öz oyunumuzu oynamağa çalışacağıq.
 
- Norveçin hansı futbolçularından çəkinirsiz?
- Demək olar ki, bütün futbolçuları güclüdür. Məsələn, hücum xəttində "10” nömrə Tarik Elyunissi çox təhlükəlidir. Müdafiçilərimiz üçün çətin olacaq.
 
- Azərbaycanlı futbolçular sərbəstliyi sevir. Bu sizdə problem yaratmayacaq?
- Məncə, Azərbaycan millisi öz oyununu göstərməlidir.
 
- Sizin çıxış etdiyiniz milli komanda ilə, indiki arasında hansı fərqlər var?
- Bunu müqayisə etmək düzgün deyil.
 
- (Norveçli jurnalist) Sizcə, ölkənizdə "Avroviziya” mahnı müsabiqəsi,  yoxsa milli komanda məhşurdur?
- Sabah göstərəcəyik ki, milli komanda daha məhşurdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail