Reynaldo içkili polislərə yaxalandı

17.11.2014 | 6043 dəfə oxunub

"Qarabağ” klubunun hücumçusu Reynaldonun son zamanlar optimal formasından uzaq olmasının səbəbi bəlli olub. Stadium.Az xəbər verir ki, braziliyalı gecə həyatına və spirtli içkilərə meyil etdiyindən oyunu da istədiyi səviyyədə alınmır.

Bildirilir ki, futbolçunu bir neçə gün öncə şəhərin mərkəzindəki gecə klublarından birindən içkili vəziyyətdə çıxarkən görüblər. Komanda yoldaşı və həmyerlisi Almeyda və daha iki xanımla "Kia optima” markalı avtomobilə əyləşən "sambaçı”nı bir neçə metrdən sonra yol polisi saxlayıb. Almeyda sükan arxasında olmadığından ona heç bir cərimə yazılmayıb. Reynaldoya isə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə protokol tərtib edilib.


Son günlər həm ölkə mediası, həm də futbol mütəxəssisləri bu futbolçunun imkanlarından aşağı səviyyədə çıxış etdiyini bildirirlər. Görünür, "sambaçı” əksər həmyerliləri kimi bir qədər pul və şöhrət qazanandan sonra gecə həyatı yaşamağa başlayıb.
Bu arada qeyd etmək yerinə düşər ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bir neçə gün öncə mətbuata müsahibəsində Reynaldonun xarakterində problem olduğunu və lazım gələcəyi halda, onun cəzalandırılacağını söyləmişdi. (publika.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail