Oğuz Çetin: "Bu qədər ciddi işlərin fonunda xətalara yer yoxdur"

24.11.2014 | 4056 dəfə oxunub

Premyer Liqanın XIII turuna “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə yekun vuruldu. Stadium.Az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşmədi – 2-2.

Matçdan sonra Cənub klubunun çalışdırıcısı Oğuz Çetin fikirlərini açıqlayıb: “Xüsusi bir oyun oldu. Biz buna qədər öz səhvlərimizdən xallar itirmişik. “İnter”lə oyuna qədər qol epizodlarında daha kəsərli idik. Biz bu gün daha şiddətli problemlərlə üzləşdik. Çox rahat qələbə qazana bilərdik. Hesabı 2-1 etdiyimizə görə, 1 qolu da vurmalı və daha rahat oynamalı idik. Mən futbolçularımla çox danışmışdım.  Oyunçularıma demişdim ki, kart almaq olmaz. Tounkara və Əfran İsmayılovun etdiyi hərəkətlər və aldığı qırmızı vərəqələr bağışlanan deyil.

Oyunçular bizimdir və bu liqanı bu oyunçularla davam etdirəcəyik. Amma istənilən halda, qərarlar veriləcək. Bu qədər ciddi  çalışmaların fonunda xətalara yer yoxdur. Oyunçular bunu bilsinlər. Mən ciddi şəkildə çalışıram. Peşəkar bir iş görürəm. Amma insan faktorunun önünə keçmək mümkün deyil. Futbolun içində təhqir olmamalıdır. Həm hakimi, həm də futbolçunu təhqir etmək olmaz. Türkiyədə “Fənərbağça” və “Qalatasaray” azarkeşləri necə aqressivdirlərsə, təəssüf ki, Azərbaycanda bu “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında var.  İstərdim ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunları dostluq şəraitində keçsin. Hakimliklə bağlı deyim ki, çox adi epizodlarda qırmızı vərəqə gördük. Mən bu baxımdan hakimləri günahlandırmıram. Düşünürəm ki, oyunda hakim səhvləri oldu. Lakin qırmızı vərəqələri hakim səhvi kimi qələmə verə bilmərəm, nəticədə  hərəkətləri edən bizim futbolçularımız idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail