"Qəbələ"nin futbolçusu "Neftçi" üzərində qələbə sözü verdi

28.11.2014 | 5860 dəfə oxunub

“Qəbələ”nin Azərbaycan Premyer Liqasında keçirdiyi son iki oyun Bəxtiyar Soltanovun ilkləri ilə əlamətdar olub.

Stadium.az xəbər verir ki, komandaya bir müddət əvvəl cəlb olunan 25 yaşlı futbolçu XII turun AZAL-a (3:3) qarşı matçda “qırmızı-qaralar”ın heyətində ilk oyununu keçirib, növbəti turun “Simurq”la (2:3) ev oyununda isə qol hesabını açıb.

Klub tarixinə 179-cu futbolçu və qol sevinci yaşayan 91-ci futbolçu kimi düşən Soltanov klubun saytına açıqlamasında bildirib ki, bunda uyğunlaşma ilə bağlı problemin olmaması rol oynayıb:

“Komandaya yeni keçsəm də, uyğunlaşmaqda ciddi problem görmürəm. Çünki yerli futbolçuların çoxunu tanıyırdım. Ümumiyyətlə isə uyğunlaşma gedir və qarşıdakı matçlarda daha yaxşı oynayacağam. Düzdür, ilk oyunda debüt edib, növbətidə qol hesabımı açmışam. Amma yenə oyunum haqda yaxşı deyə bilmərəm. Çünki komandam qalib gəlməyib. Əsas da budur. Həm də potensialım daha artığına çatar. Bunu da qarşıdakı matçlarda nümayiş etdirməyə çalışacağam”.

Soltanov XIV turun “Neftçi” ilə qarşılaşması haqda da fikirlərini bildirib: “Bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. Bilirik ki, qarşılaşma çətin olacaq. Paytaxt təmsilçisi güclü komandadır. Lakin biz bu oyuna qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Bizim üçün qələbə uğursuzluq zolağından çıxmaq üçün vacibdir. Səfərdə oynayacağımıza baxmayaraq qələbə əldə etməliyik. Mən də çalışacağam ki, “Qəbələ”də növbəti qolumu vurum, qələbədə pay sahibi olum”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail