Hafiz Məmmədov - 50 - FOTOLAR + VİDEO

02.12.2014 | 12762 dəfə oxunub

Bu gün Azərbaycan futbolunun ən önəmli simalarından biri, bəlkə də birincisi olan “Bakı” klubunun prezidenti, ölkənin ən zəngin və tanınmış iş adamlarından biri  - Hafiz Məmmədovun doğum günüdür. Bu kişi düz 50 yaşın qey edir. Yuxarıda kişi sözün boş yerə qeyd etmədik, çünki futbolumuzda söz sahibi olan, daha doğrusu sözünün sahibi olan barmaqla göstəriləcək qədər kişi yoxdu. Ancaq Hafiz Məmmədov həm söz, həm də sözünün sahibi olan bir kişidir.

Əslində onun haqqında çox şey yazmaq, danışmaq olar. Çünki ən yaxşılara layiq bir insandır.

Bu gün – dekabrın 2-si 50 illiyini qeyd edən Məmmədov üç oğul atasıdır. Kənan, Sənan və Məcid Məmmədovlar. Kənanla Sənan da artıq ölkədə iş adamı kimi ad çıxartmaqdadır. Sonbeşik Məcid isə Hafiz müəllimə rəhmətlik atasının yadigarıdır. Çünki Məmmədov kiçik oğluna rəhmətlik atasının adın verib. Elə bu səbəbdəndir ki, Məcid həm də çox ərkəsöyündür.

Hafiz Məmmədov həm də “Baghlan Group” şirkətlər qrupunun prezidentidir. Bu şəxs Azərbaycan futbolu üçün o qədər iş görüb. Heç futbola cavabdeh olan insanlar bunu bacarmayıb, ya da bacara bilməyiblər. Məmmədov isə ən qısa zamanda Azərbaycanı bütün dünyaya tanıtdı. Məhz onun təşəbbüsü və şəxsi maliyyəsi hesabına “Land of Fire Azerbaijan” bütün dünyada brendə çevrildi. İndi bu brend ölkəmizi bütün dünyaya tanıdır. Məmmədov Fransada “Lans”ı alaraq, frəngistanda Azərbaycan adın hər kəsə tanıtdı.

Hafiz Məmmədov bununla da ölkə prezidentinin xarici siyasətində pay sahibi oldu. Çünki məhz cənab İlham Əliyevin təşəbbüsüdür ki, xaricdə Azərbaycan daha yaxşı təbliğ olunsun, tanıtdırılsın. Hafiz müəllim isə bu siyasət üçün əlindən gələnin ən yaxşısın etməkdədir.  

Hafiz Məmmədov bir neçə xarici dildə danışan, səmimiliyiylə ad çıxaran, xeyirxahlığı hər kəsə bəlli olan bir simadır.

O, 1964-cü ilin bu günündə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.

1971-1981-ci illərdə Naxçıvan şəhəri 3 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirərək 1981-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı İnstitutuna daxil olub, 1985-ci ildə bu ali tədris müəssisəsinin mühasib ixtisasına yiyələnib.

1985-86-cı illərdə Dövlət Yeyinti Sənayesi Təşkilatının Sabunçu rayon şöbəsində mühasib, 1987-88-ci illərdə Naxçıvan MR-nın Dövlət Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləyib.

1988-92-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində “Əmanət” bank idarəçiliyində kredit şöbəsinin rəhbəri vəzifəsini icra edib.

1992-95-ci illərdə “Sənan” kiçik müəssisəsində baş menecer, 1995-97-ci illərdə “Alfa plyus” Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə “Baghlan Traiding” şirkətinin direktorlar şurasının sədri olub.

2001-ci ildən “Baghlan General Traiding” MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlayıb.

2003- cü ildən bu günədək “Baghlan Group FZCO”nun prezidentidir.

2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Stadium.Az saytı adından Hafiz Məmmədovu təbrik edir, ona uzun ömür və möhkəm cansağlığı, işlərində uğurlar diləyirik. Doğum gününüz mübarək, Hafiz müəllim!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail