"Xəzər Lənkəran" rəqibini yenə Bakıda qəbul edəcək

02.12.2014 | 3051 dəfə oxunub

"Xəzər Lənkəran" Premyer Liqanın növbəti turunda "Qəbələ"ni qonağ edəcək. Stadium.Az xəbər verir ki, Cənub təmsilçisi rəqibini bu dəfə də paytaxt Bakıda qəbul edəcək. 

Belə ki, sözügedən görüş "Bayıl Arena"da reallaşacaq. Bu komandaların əvəzedici heyətləri də bu arenada üz-üzə gələcəklər. Əvəzedicilərin dueli dekabrın 6-da, saat 14:00-da, əsas komandaların oyunu isə dekabrın 7-i, saat 17:00-da başlanacaq.

"Xəzər Lənkəran"ın rəqibini doğma arenada qəbul etməməsinə səbəb Lənkəran şəhər stadionunun ot örtüyündə aparılan təmirdən sonra yağışlı hava şəraitində sıradan çıxma təhlükəsinin olmasıdı. Komanda XIII turda "Neftçi"ni "Dalğa Arena"da qəbul etmişdi. Həmin görüş 2:2 hesabıyla başa çatmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail