Azərbaycan Kubokunda yubiley oyununa doğru

03.12.2014 | 3248 dəfə oxunub

Bu gün Azərbaycan kubokunda 2014/15 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” 10-cu dəfə ölkə kubokunda mübarizəyə qoşulacaq. 

Yubiley mövsümü “Ağsu” ilə görüşlə başlayacaq. I divizion təmsilçisi indiyədək “qırmızı-qaralar”la qarşılaşmayıb. Bu üzdən Ağsunun eyniadlı təmsilçisi “Qəbələ”nin tarixinə 38-ci rəqib kimi düşəcək. Bu oyun Dorinel Muntyanu və yetirmələri üçün əlamətdar olacaq. Rumıniyalı Azərbaycan kubokunda debüt edəcək, həm də “Qəbələ”ni 15-ci rəsmi matça çıxaracaq. Bu görüşdə Ürfan Abbasov 75-ci, Ruslan Tağızadə ilə Rafael Santos 30-cu dəfə qırmızı-qara forma ilə meydana çıxacaq.

“Ağsu” ilə oyun “Qəbələ”nin kubokda yubiley – 40-cı oyunu olacaq. Penaltilər seriyası nəzərə alınmamaqla, 18 qələbə, 13 heç-heçə və 8 məğlubiyyəti olan “qırmızı-qaralar” 1/8 finala uğurlu seriya ilə gedir. Belə ki, 2010/11 mövsümünün 2011-ci il martın 8-də keçirilən “Bakı” ilə ¼ finalın səfər matçından (0:1) sonra “Qəbələ” 12 oyunluq məğlubiyyətsizlik seriyasına malikdir.  Bu müddətdə 5 qələbə və 7 heç-heçəyə nail olan komanda 2 dəfə evdə buraxdığı qollar, 1 dəfə penaltilər seriyası ilə rəqibinə yenilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail