2014-cü ilin ilk qələbəsi

03.12.2014 | 3086 dəfə oxunub

Bakının AZAL klubu ev oyunlarında uğursuz seriyaya son qoyub. Stadium.Az xəbər verir ki, Premyer Liqanın XIV turunda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri mövsümdə ilk dəfə doğma meydanda  qələbə qazanıb. 

AZAL ötən mövsümün ikinci yarısında da ev matçlarında qalib gələ bilməmişdi. Bu isə o deməkdir ki, paytaxt təmsilçisi 2014-cü ildə ilk dəfə qonaqları xalsız qoya bilib. Bakılıların evdəki son qələbəsi 2013-cü il dekabrın 20-də qeydə alınmışdı. 344 gün əvvəl “Neftçi”ni 2:1 hesabı ilə yenən AZAL sonrakı 15 görüşdə qələbəyə həsrət qalmışdı: 8 heç-heçə, 7 məğlubiyyət.

Evdə 15 oyunluq qələbəsizlik Azərbaycan çempionatları tarixində 6-cı nəticədir. “Şəfa” 21, MOİK 20 (2005-06), “Bakı” (2001-03) və “Bakılı” (2007-08) 19, “Simurq” (2010-11) 16 oyunluq seriya ilə daha pis nəticə göstərib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail