“İnter”: Səfərdə 250-ci qol

03.12.2014 | 3134 dəfə oxunub

Mikel Alvaronun Premyer Liqanın XIV turunun “Bakı” ilə oyununda (1:0) vurduğu qol “İnter” üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 2004-cü ilədək “Xəzər Universiteti”, son 10 ildə “İnter” adı altında çıxış edən paytaxt təmsilçisi ölkə çempionatlarında 250-ci səfər qolunu vurub.

Bakılılar buna 201-ci oyunda nail olub. Rəqib meydanlarında 88 qələbə, 45 heç-heçə və 68 məğlubiyyəti olan “İnter” 250 qol vurubsa, 218-ni buraxıb.

Bakılılar 1999/2000 və 2000/01 mövsümlərinin hərəsində 9 dəfə rəqib meydanlarda qol vurubsa, növbəti çempionatlarda bu rəqəm daha yüksək olub: 2001/02 – 12, 2003/04 – 12, 2004/05 – 18, 2005/06 – 15, 2006/07  - 23, 2007/08 – 26, 2008/09 – 27, 2009/10 – 19, 2010/11 – 14, 2011/12 – 14, 2012/13 – 16, 2013/14 – 34, 2014/15 – 2.

“İnter” Azərbaycan çempionatlarında səfərdə 250 və daha çox qol vuran 6-cı komandadır. “Neftçi” 461, “Qarabağ”  362, “Kəpəz” 291, “Turan” 280, “Bakı” 272 səfər qoluna sevinib.

Qeyd edək ki, “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduqdan sonra hesabında səfərə qələbəsi olmayan “İnter” mövsümdə ilk dəfə rəqib meydanında 3 xal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail