"Sumqayıt" veteranlara uduzdu

10.12.2014 | 2925 dəfə oxunub

10 dekabr - Ümumdünya futbol günü kimi qeyd edilir. Stadium.Az xəbər verir ki, bu günlə əlaqədar olaraq, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubu futbolsevərləri sevindirib. Belə ki, "Kapital Bank Arena"da "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" FK-nun əməkdaşlarının birləşmiş komandası ilə Sumqayıt şəhərinin veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşmada "Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov, texniki direktor Frank Bernhardt, məşqçilər - İlham Yadullayev, Samir Abasov, Etibar Tarıverdiyev Vəfadar Quliyev, İsmayıl Məmmədov, Azad Mütəllimov və s. kimi simalar çıxış edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş veteranların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, klubun vitse-prezidenti Vaqif Ömərov və Sumqayıtın veteran futbolçusu Telman Salahov iştirakçılara üzərində "Sumqayıt" FK-nun futbolçularının imzası olan topları hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib.

"Azərikimya" İB və "Sumqayıt" FK-nun birləşmiş komandası bu heyətlə çıxış edib: Aqil Məmmədov, Frank Bernhardt, Ceyhun Sultanov, İlham Yadullayev, Etibar Tarıverdiyev, Samir Abasov, Vəfadar Quliyev, Nail Məmmədov, Orxan Məhərrəmli, Samir Nəsirov, Vüqar Məmmədov, Aydın Xəlilov, Vüqar Rüstəmov, Vidadi Rüstəmov.

Baş məşqçi: Vaqif Paşayev
Məşqçi: Hikmət Bağırov

Sumqayıt veteranlar klubu bu heyətlə çıxış edib: Fəxrəddin Həsənov, İsmayıl Məmmədov, Əvəz Süleymanov, Azər Mehdiyev, Ramin Hüseynov, Vüqar Quliyev, Telman Kərimov, Kənan Hacıyev, Zakir Rəşidov, Rəşad Muradov, Elxan Orucov, Azad Mütəllimov, Rəşad Mustafayev.

Baş məşqçi: Telman Salahov
Məşqçi: Ağamusa Bağırov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail