Mirbağır İsayev: "Legionersiz oynamaq istədiyimizə görə komandanı dağıtdılar"

18.08.2011 | 6253 dəfə oxunub

Ötən mövsüm birinci divizionda fırtına kimi əsən "Abşeron" çempionatın sonunda məğlubedilməz komanda kimi yüksək liqaya vəsiqə qazandı. Stadium.az xəbər verir ki, bu komandanın uğurunda təbii ki, baş məşqçisi Mirbağır İsayevin də danılmaz zəhməti var idi. Hər zaman açıqlamalarında: "Premyer Liqada oynasaq da, legioner oynatmayacağam ancaq yerlilərlə mübarizə aparacağıq"- deyən İsayevin bu planlarını alt-üzt etdilər. Yeni mövsümün startına az qalmış, "Abşeron" dağıldı.

Komanda dağıldıqdan sonra futbolçulardan əksəriyyət özünə iş yeri tapdı. Ancaq Mirbağır İsayev hələ də işsizdir. Mirbağır bəyin hazırda nə işlə məşğul olduğunu öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. Yerli mütəxəsiss iş təklifi gələcəyi təqdirdə dəyərləndirə biləcəyini dedi: "Hələ ki, evdəyəm. İş təklifi gələrsə, dəyərləndirmək mümkündür. Ancaq hazırda belə bir dəvət yoxdur. Gedib kiiməsə yalvarısı deyiləmki. Nə vaxt çağırsalar, onda gedib danışıq apararam".

Ötən mövsümü "Abşeron"un heyətində top qovan futbolçuların əksəriyyəti gənclər idi. Komanda dağıldıqdan sonra onların çoxu "Sumqayıt Şəhər"ə yollandı. Dünən isə iki futbolçu "Xəzər Lənkəran"la müqavilə imzaladı. Mirbağır bəy, bu məsələyə də münasibət bildirdi: "Bəli, bu barədə məlumatım var. Həmin uşaqlar indi oynamalıdırlar. Məşqçilər də onlara inanmalıdırlar. Özü də futbolçuları məğlubiyyətə öyrəşdirmək lazım deyil. Uşaqları meydançaya buraxırsansa, onları qələbəyə, maksimum xala öyrəşdirmək lazımdır. Ötən mövsüm mənim başçılığım altında oynayan uşaqların çoxu indi "Sumqayıt Şəhər"dədir. Oyunlarına baxmamışam. Bircə onu deyə bilərəm ki, həmin uşaqlara inanmaq və şans vermək lazımdır".

Sonda isə Mirbağır İsayev "Abşeron"un dağılması haqda danışarkən, bu klubun əksər insanlara sərf etmədiyindən dağıdıldığını dedi: "Hər şey gül kimi qurulmuşdu. İnanın, komanda birinci divizionda necə oynayırdısa, Premyer Liqada da layiqli mübarizə aparmağa gücümüz çatardi. Ancaq "Abşeron" çoxlarına sərf etmədi. O komanda bilə-bilə dağıdıldı. Hamısı gənc futbolçular idi. Bir neçə ildən sonra məhz onlar göz önündə olacaqdılar. Bir neçə ildən sonra əla nəticələr verəcəyimizə də inanırdım. Amma qoymadılar, oynamağa imkan vermədilər. Çünki çoxlarına sərf etmədi.

"Abşeron"u həm öz içindəki bəzi adamlar, həm də kənar qüvvələr dağıtdı. Mənə elə gəlir ki, komandanı dağıtmalarının bəzi səbəbləri. Ən başlıcası Premyer Liqada legionersiz oynamaq istədiyimizə görə komandanı dağıtdılar. Ancaq olan oldu, keçən keçdi. "Abşeron" artıq yoxdur. O komandanı necə dağıtdılar, bir həmin dağıdanlar, bir də Allah bilir. Ancaq yaddan çıxartmaq lazım deyil ki, Allah açan qapını, heç bir bəndə bağlaya bilməz"

rnrnrnrn


premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail