Namiq Yusifov: "Keçən il də onlarla oyunumuz çətin alınmışdı"

18.08.2011 | 6284 dəfə oxunub

Ağdamın "Qarabağ" klubu Premyer Liqanın növbəti turunda "Kəpəz"lə qarşılaşacaq.

Stadium.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Gəncədə baş tutacaq qarşılaşmaya hər gün bir məşqlə hazırlaşır.

Komandanın orta sahədəki əsas oyunçularından olan Namiq Yusifov oyunöncəsi son durumu və rəqibi dəyərləndirib. 

"Məlum olduğu kimi "Kəpəz"lə oyuna çoxsaylı itkilərlə hazırlaşırıq. Bu da istər-istəməz hazırlığımıza təsir göstərir. Amma inanıram ki, "Kəpəz"lə oyuna çıxan futbolçular bu boşluğu aradan qaldıracaq. Meydana çıxanlar ən yaxşısını edəcəklər.

Konkret kimisə fərqləndirmək düzgün olmazdı. Bizdə meydana kim çıxırsa, sona qədər mübarizə aparır. Axı, rəqibimiz də yetərincə vuruşan komandadı. Evdə güclü azarkeş dəstəyi ilə oynayacaqlar. Keçən il də onlarla oyunumuz çətin alınmışdı. 

"Turan"a uduzduqlarına görə məğlubiyyəti unutdurmaq istəyəcəklər. Həm də demək olarki Premyer Liqada zəif komanda qalmayıb.  İlk 2 turdakı nəticələr də bunu göstərir. Oyun tarix baxımından da maraqlıdı.

"Qarabağ" - "Kəpəz" oyunu həmişə maraqlı olmasıyla yadda qalıb. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq".

rnrnrnrn




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail