"Xəzər Lənkəran" daha bir futbolçusunu itirdi

11.12.2014 | 2985 dəfə oxunub

Dekabrın 14-də səfərdə "Bakı” ilə üz-üzə gələcək "Xəzər Lənkəran” hazırlıqlarını paytaxtda davam etdirir. Stadium.Az xəbər verir ki, komanda dünən, dekabrın 10-da "Bayıl Arena” stadionunda məşq edib. Saat 12:30-da başlayan və saatyarım davam edən hazırlıq prossesində isinmə hərəkətlərindən sonra komanda iki qrupa bölünərək ötürmələrdən ibarət toplu çalışmalarla məşğul olub. Ardıyca futbolçular 5-nəfərlik komandalarda, ölçüləri qısaldılmış meydançada 2-dəqiqəlik kiçik oyunlarda yarışıblar. Çoxlu sayda gənclərin iştirak etdiyi, zədəlilər Rauf Əliyev və Adrian Sakarlatakenin isə qatılmadığı məşq zamanı Rasim Ramaldanov zədələnərək meydançanı tərk edib.

Qrafikə uyğun zamanında məşqi bitirən "Xəzər Lənkəran” bununla da süni örtüklü meydança ilə vidalaşıb. Qeyd edək ki, Premyer Liqanın XVI turu çərçivəsində "Bakı” ilə bu klubun təlim-məşq bazasının stadionunda keçiriləcək oyunun hazırlıqları təbii örtüklü meydançada davam etdiriləcək. Bunun üçünsə komandamız Bədən tərbiyəsi və İdman Akademiyasının futbol meydançasını seçib. Beləliklə növbəti məşq bu gün, dekabrın 11-də saat 14:00-dan etibarən Bədən tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında keçiriləcək. (12cioyuncu.info)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail