Emil Balayev: "Yaya kimi "bişməliyəm"

14.12.2014 | 4405 dəfə oxunub

"Neftçi" rəhbərliyinə minnətdarlıq edirəm. Onlar bu keçidin gerçəkləşməsi üçün nə lazımdısa, etdilər. Bütün sənədləri vaxtında Almaniyaya göndərdilər".

Stadium.Az xəbər verir ki, bu sözləri Almaniyanın "Ayntraxt" klubuna transfer olan Emil Balayev deyib. Bundesliqa klubuna keçidi ilə bağlı bu gün mətbuat konfransı keçirən gənc qapıçı Almaniyaya böyük ümidlərlə yollandığını bildirib:

"Bilirəm ki, üzərimə böyük yük düşür. Almaniyada mən təkcə “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edəcəyəm. Özümə güvənirəm. İnanıram ki, etimadı doğruldacağam".

"Əsas heyətə düşmək üçün nə qədər vaxta ehtiyac duyursan" sualını Balayev belə cavablandırıb: "Orada sağlam rəqabətdi. Alman məktəbinin güclü olduğu hər kəsə bəllidir. "Ayntraxt"da da güclü qapıçılar var. Amma özümə inanıram. Bacardığımın nəinki yüz faizini, hətta daha artığını göstərməliyəm. Əsas heyətə dərhal düşməyim çətindir. Bunu özüm də bilirəm. Bir qədər vaxta ehtiyac var. Yaya kimi "bişməliyəm". İnanıram ki, 6 aya əsas heyət üzvünə çevrilə biləcəyəm". (futbolxeber.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail