"İnter" və Sxadadze 100-ə çatdı

15.12.2014 | 3569 dəfə oxunub

Bakının “İnter” klubu Azərbaycan çempionatlarında 100-cü dəfə heç-heçə edib. Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisi Topaz Premyer Liqasının “Simurq”la səfər qarşılaşmasında (1:1) 1 xal qazanıb. Bu da ölkə çempionatlarında 407-ci matçına çıxan bakılıların yubiley heç-heçəsi olub. 54 dəfə öz meydanında, 46 dəfə səfərdə 1 xal qazanan “İnter” çempionatda 100 və daha çox heç-heçə edən 5-ci komandadır. “Qarabağ” (153), “Neftçi” (142), “Bakı” (119) və “Turan” (112) daha çox “sülh”lə kifayətlənib.

“Simurq”la qarşılaşma Baçana Sxadadze üçün də əlamətdar olub. Gürcüstanlı hücumçu paytaxt klubunun heyətində 100-cü çempionat qarşılaşmasına çıxıb. Cari mövsümdə 11 matça 2 qol vuran legioner “100”ə 5-ci mövsümündə çatıb: 2010/11 – 2, 2011/12 – 29 (7), 2012/13  - 29 (8), 2013/14 - 29 (10), 2014/15 – 11 (2). “İnter”də 29 qol vuran Sxadadze klub tarixində 100 və daha çox çempionat matçı keçirən 10-cu futbolçu olub: Vladimir Levin - 205, Elmar Baxşıyev - 160, Branislav Çervenka - 129, Arif Daşdəmirov - 124, Asif Məmmədov - 121, Elşən Məmmədov - 112, Georgi Lomaya - 110, Zaur Həşimov - 107, Petar Zlatinov – 105, Baçana Sxadadze - 100.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail