Millimizin sabiq üzvü "Qarabağ"a görə təəssüfləndi: "Heç nə dəyişməyəcək"

15.12.2014 | 4527 dəfə oxunub

"Qarabağ"ın yerində istənilən klub ola bilərdi. Ona görə də mənim üçün çox üzücüdü. Hakimlərin işini şərh etmək istəməzdim. Amma bu, danılmaz faktdır ki, komanda növbəti mərhələyə çıxmağa layiq olduğu halda, buna imkan verilmədi".

Stadium.Az xəbər verir ki,bu sözləri milli komandamızın keçmiş futbolçusu Narvik Sirxayev deyib. Ağdam klubunun Avroliqanın qrup mərhələsinin son turunun "İnter"lə oyununda vurduğu qolun hesaba alınmamasına münasibət bildirən veteren futbolçu UEFA-ya edilən etirazın heç nəyi dəyişməyəcəyini vurğulayıb:

"Təəssüf ki, son dövrlər belə hadisələr tez-tez təkrarlanır. Siyasəti bura qarışdırmaq istəməzdim. Hətta növbəti mərhələyə Ukrayna "Dnepr"i yüksəlsə də. Sadəcə, bu oyuna gələn, komandasını dəstəkləyən azarkeşlərə yazıqdır. Futbolçular, məşqçilər, klub rəhbərliyi də bu qədər əziyyət çəkmişdilər, bütün güclərini qoymuşdular. Özü də "İnter" kimi adlı-sanlı rəqibə qarşı oynayırdılar. Belə bir komandaya qalib gəlmək prestijli idi. Üstəlik, buna nail olacağı halda Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanılacaqdı. Ona görə də mən çox üzüldüm. "Qarabağ" Miroslav Zelinkadan şikayət edəcək? Qoy lazım olan orqanlara müraciət etsinlər. Təbii ki, bunu cavabsız qoymaq olmaz. Amma fikrimcə, heç nə dəyişməyəcək. Maksimum, hakimlərə hansısa sanskiya tətbiq olunacaq. Nəticə isə ləğv olunmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail